Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kompensasiya olunan problemli kreditlər niyə az həcmdə azalıb?

Mərkəzi Bankın açıqladığı göstəricilərə əsasən isə problemli kreditlərin həlli prosesindən sonra həmin kreditlərin həcmində 87 milyon manat azalma qeydə alınıb. Azalmadakı rəqəmin belə az həcmdə olması hansı amillərlə bağlıdır?..

Bank üzrə mütəxəssis: “Bu proses may ayının 28-də bitməli idi. Fərmanın icrasına 3 ay vaxt verilsə də, 7 ay vaxt keçib, hələ də fərman tam icra olunmayıb”.

“Kreditlərin 10 min dollaradək hissəsinə differensial olaraq güzəştin verilməsini gözləmək olar və bu tam ədlətli olardı”.

Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov problemli kreditlərlə bağlı oktyabr, noyabr və dekabr aylarında gözlənilən yeni mexanizmlərin tətbiq edilməsini PİA.az-a şərh edərən qeyd edib.

Uzun illərdir Azərbaycanda mövcud olan problemli kreditlərlə bağlı ilk addım bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ilə atıldı.

Yola saldığımız həftənin sonunda iqtisadçı Vüqar Bayramov isə mətbuata açıqlamasında bildirib ki, növbəti aylarda problemli kreditlərlə bağlı yeni mexanizmlərin tətbiqi gözlənilir:

“Problemli kreditlərlə bağlı oktyabr, noyabr və dekabr aylarında yeni mexanizmlərin tətbiq edilməsi mümkündür. Proses başlanan zaman bir sıra təkliflərimizi hökumətə təqdim etmişik. Bunlardan birincisi, zaminlərlə bağlıdır. Çünki bəzi hallarda kredit götürən şəxs borcu özü ödəməyib, əvəzində zamin ödəyib. Amma kompensasiya zaminə deyil, kredit götürən şəxsə verilib. Öhdəliyi yerinə yetirən zaminlər hansı ki, kreditləri qaytarıblar, onlar kompensasiyadan yararlana bilməyiblər. Biz təklif etdik ki, zaminlərə məhkəməyə müraciət etmək hüququ verilsin. Amma təəssüf ki, bu təklif qəbul olunmadı.

Digər təklifimiz, 10 min dollardan artıq olan kreditlərin differensial olaraq, ilk 10 mininə güzəştin verilməsilə bağlıdır. Proses başlanan zaman təklifi hökumətə təqdim etmişik. Nəzərə alsaq ki, problemli kreditlərlə bağlı fərmanın icrası 2019-cu ilin sonunda başa çatacaq, bu təklifin qəbuluna ümid edirik. Ona görə də hüquqi baxımdan fərmana dəyişikliklər edilməsi, kreditlərin 10 min dollaradək hissəsinə differensial olaraq güzəştin verilməsi mümkündür”.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənova müraciət edib.

Əkrəm Həsənov: “Kreditlərin 10 min dollaradək hissəsinə differensial olaraq güzəştin verilməsi yaxşı olardı”.

Problemli kreditlərlə bağlı verilən birinci fərmanın hələ Hesablama Palatası tərəfindən tam icra olunmadığını xatırladan bank üzrə mütəxəssis PİA.az-a açıqlamasında bildirib ki, birinci fərmanın icrası bitirməmiş ikinci fərmanın veriləcəyinə bir o qədər də inanmır:

“Kreditlərin 10 min dollaradək hissəsinə differensial olaraq güzəştin verilməsini gözləmək olar və bu tam ədalətli olardı. Çünki 10 minə qədər olan kreditlər üçün güzəşt oldu. Amma kiminsə, 10 min 1 dollar krediti varıydısa, ona güzəşt edilmədi.

İndi isə kreditlərin 10 min dollaradək hissəsinə differensial olaraq güzəştin verilməsi yaxşı olardı. Yəni vətəndaşın borcunun məbləğindən asılı olmayaraq, kreditin 10 min hissəsinə güzəşt tətbiq edilsə, yaxşı olardı.

Məlumdur ki, problemli kreditlərlə bağlı verilən birinci fərman hələ Hesablama Palatası tərəfindən tam icra olunmayıb. Palata bu işin öhtəsindən gələ bilmir. Bu baxımdan əmin deyiləm ki, birinci fərmanın icrası bitirməmiş ikinci fərmanın veriləcək”.

Eyni zamanda bank üzrə mütəxəssis Əkrəm Həsənov problemli kreditlərin həlli prosesindən sonra həmin kreditlərin həcmindəki azalma prosesinin az olmasını da PİA.az-a şərh edib.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının iyunda açıqladığı məlumata görə, 31 may 2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib ki, bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edir. Mərkəzi Bankın açıqladığı göstəricilərə əsasən isə problemli kreditlərin həlli prosesindən sonra həmin kreditlərin həcmində 87 milyon manat azalma qeydə alınıb. Azalmadakı rəqəmin belə az həcmdə olması hansı amillərlə bağlıdır?

Sualımıza cavab olaraq bu azalmaya görə bank üzrə mütəxəssis bir neçə səbəb göstərib:

“Problemli kreditlərin həlli prosesində azalma miqyasının az olmasının birinci səbəbi odur ki, dediyim kimi, Palata tərəfindən Prezidentin fərmanı tam icra olunmayıb. Yəni bu proses may ayının 28-də bitməli idi. Fərmanın icrasına 3 ay vaxt verilsə də, 7 ay vaxt keçib, hələ də fərman tam icra olunmayıb.

İkinci səbəb isə odur ki, vətəndaş krediti özü bağlamışdısa da belə, kompensasiya həmin vətəndaşlara ödənildi. Yəni tutaq ki, mənim banka 100 dollar borcum var idi və öz hesabıma artıq bu krediti bağlamışdım. Amma indi dövlət mənə kompensasiya verdi. Belə hallar çox olduğu üçün ümumi həcmdə azalma elə də böyük olmayıb”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar