Bu həftəsonu Rusiyanın Xabarovsk şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku baş tutub...
PİA.az Trend-ə istinadən xəbər verir ki, kubokun tamblinq üzrə yarışlarında yeganə təmsilçimiz Mixail Malkin ən yüksək göstəricini əldə edib.
Belə ki, M.Malkin bütün rəqiblərini geridə qoyaraq, 76.300 xalla qızıl medala sahiblənib.
pia.az