Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abdullah Gül Ərdoğanı əvəz etmək üçün yetərli gücə sahibdir?

Bir sıra digər beynəlxalq təşkilatların da dəstəklədiyi Gül və Babacanın AKP-ni əvəzləmək üçün yetərli gücə sahib olacaqlarmı və növbəti seçkilərdə AKP-nin dəftəri bağlanacaqmı?..

Politoloq: “Gələcəkdə Babacan və Gül birlikdə partiya yaradacaqlarsa, təbii ki, AKP-ni əvəzləyə bilməyəcəklər”.

“Qərb Ərdoğanın Rusiya ilə yaxınlaşmasına cavab olaraq, özlərinə yaxın bir qüvvəni Türkiyədə hakimiyyətə gətirmək istəyirlər. Ancaq bu yeni qüvvə həmçinin islamçı kəsimi də öz içinə almağı bacarmalıdır. Olmasa Türkiyədə dini radikalizm yüksələ bilər”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Abdullah Gülün dəstəklədiyi və Əli Babacanın liderliyində qurulan yeni partiyanın ABŞ-dan və Avropa Birliyindən tam dəstək almasını PİA.az-a şərh edərkən qeyd edib.

Bəzi iddialara görə Abdullah Gülün dəstəklədiyi və Əli Babacanın liderliyində qurulan yeni partiya ABŞ-dan və Avropa Birliyindən tam dəstək alıb. 2020-ci ildə elan olunacaq partiyanın prezidentliyə namizədi isə Abbdullah Gül olacaq.

Qeyd edək ki, yeni partiya ilə bağlı Türkiyə vətəndaşları arasında sorğu keçirib. Bildirilib ki, aparılan son araşdırmalar zamanı məlum olub ki, seçicilərin təxminən 53,9 faizi yeni partiyasının yaranması tərəfdarıdır.

Xatırladaq ki, son zamanlar AKP-də partiyadan çıxarılma halları artıb. Partiyadan qovulan şəxslərin Əhməd Davudoğlunun və Əli Babacanın ayrı-ayrılıqda qurduqları partiyalara qoşulduqları bildirilir. Həmçinin həm Davudoğlu, həm də Əli Babacan AKP-dən ixrac olunmalarını gözləmədən qurucusu olduqları partiyadan istefa veriblər. Abdullah Güllə bağlı isə hələ ki, heç bir addım atılmır. Ərdoğan son açıqlmalarında Əhməd Davudoğluna və Əli Babacana təhdidlər yağdırsa da, Abdullah Güllə bağlı susmağa üstünlük verir. Görünür ki, Ərdoğan Abdullah Gülə qarşı birbaşa hücum etməkdən çəkinir və ona qarşı olan hücumun əks təsirə səbəb olacağından və AKP-dən istefaların daha çox artacağından ehtiyat edir.

Bir sıra digər beynəlxalq təşkilatların da dəstəklədiyi Gül və Babacanın AKP-ni əvəzləmək üçün yetərli gücə sahib olacaqlarmı və növbəti seçkilərdə AKP-nin dəftəri bağlanacaqmı? Xüsusən bundan sonra Türkiyədə təkpartiyalı hakimiyyət imkanı görünürmü? Türkiyədə AKP-dən sonrası necə təsəvvür olunur, Ərdoğanın bu günə qədər həyata keçirdikləri zibil qutusuna atıla bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Türkiyə hər nə qədər Qərbdən uzaqlaşsa da, bu ölkədə müəyyən bir partiyanın reytinq qazanıb hakimiyyətə gəlməsində Qərbin həmişə rolu olub”.

Politoloq hesab edir ki, yeni yaradılacaq partiyalar AKP-nin parçalanmasına və daha çox zəifləməsinə yol açsalar da, Ərdoğanın uğurlarının təkrarlamağı bacarmaları heç də mümkün görünmür. Nəzakət Məmmədovanın fikrincə Gül və Babacan Qərbdən tam dəstək alsalar belə, Türkiyədə AKP-nin uğuruna və topladıqları səslərin tamamına ancaq bir neçə seçkidən sonra nail ola bilərlər:

“Bildiyimiz kimi Abdulla Gül, Əli Babacan, Əhməd Davudoğlu, eləcə də digər AKP-nin əsasını qoyan nüfuzlu siyasətçilərin hakim partiyadan uzaqlaşması onların minlərlə tərəfdarlarının da AK Partini tərk etməsinə səbəb olub. Açıq aşkar ortada olan bir faktdır ki , Ədalət və İnkişaf Partiyasının mövqeləri son illərdə xeyli zəifləyib. Buna bir çox səbəbləri göstərmək olar. Məsələn ölkədəki iqtisadi durum, Ərdoğanın Qərblə qarşıdurması və s.

Bu proseslər xüsusən seçkidə özünü göstərir. Seçkilər hər bir siyasi partiyanın nüfuzunun güzgüsüdür və Ərdoğanın partiyası mart ayında Bələdiyyə seçkilərində çox zəif nəticələr göstərdi. İstanbul və bir neçə iri şəhərlərdə AK partinin əvvəlki illərlə müqayisədə xeyli dərəcədə az səs toplaması bunun sübutudur.

Artıq demək olar ki ,Ərdoğan hakimiyyəti çox zəifləyib. Ərdoğanın ən yaxın silahdaşı Davudoğlu sentyabrın 13 -də rəsmən AK partini tərk etdi. Əsas kimi də onu göstərdi ki, AK parti özünün ilkin prinsiplərindən xeyli dərəcədə uzaqlaşıb. Yəni partiya öz əvvəlki prinsiplərinə sadiq deyil .

AKP-ni yeni seçkilərdə əvəz edəcək və Ərdoğanın siyasi monopoliyasına son verəcək yeni hakim partiyanın formalaşdırılması məsələsi çoxdan gündəmdədir. Bu partiyanın Qərbdən dəstək alacağı məsələsi gündəmdədir. Təbii ki, bu mümkündür .

Türkiyə hər nə qədər Qərbdən uzaqlaşsa da, bu ölkədə müəyyən bir partiyanın reytinq qazanıb hakimiyyətə gəlməsində Qərbin həmişə rolu olub.Təbiii ki, Qərb Ərdoğanın Rusiya ilə yaxınlaşmasına cavab olaraq, özlərinə yaxın bir qüvvəni Türkiyədə hakimiyyətə gətirmək istəyirlər. Ancaq bu yeni qüvvə həmçinin islamçı kəsimi də öz içinə almağı bacarmalıdır. Olmasa Türkiyədə dini radikalizm yüksələ bilər. Qərbin güc mərkəzləri və siyasi texnoloqları bunun üzərində aramsız və sürətlə işləyirlər. Ərdoğana alternativ partiyaların meydana gəlməsi buna sübutdur. Məsələn Muharrem İncənin üzərində xüsusi iş getmişdi və o prezident seçkilərində az qala Ərdoğana qalib gəlməyə yaxınlaşmışdı .

Nəzakət Məmmədova: “Yeni dönəmdə Türkiyədə seçicilərin səslərinin yarıdan çoxunu qazanıb tək başına hakimiyyət qurmaq çətin olacaq. Prezident seçkilərində isə kimin daha şanslı olacağını indidən proqnozlaşdırmaq mümkün deyil”.

Türkiyəli müşahidəçilər belə hesab edir ki, Əli Babacan Davudoğluna nisbətən daha şanslıdır. Çünki Babacan gəncdir daha liberal düşüncəli siyasətçidir. Türkiyənin bir qism əhalisi hesab edir ki Əli Babacan islahatlar həyata keçirib Türkiyə iqtisadiyyatını irəli apara bilər. Bunula da ölkənin iqtisadi problemlərini həll edə bilər. Davudoğluna isə inam daha azdır. Çünki Davudoğlu istefa verəndən sonra AKP sıralarında susqunluğunu qorudu. Yəni əhali hesab edir ki, hazırda Davudoğlu Ərdoğanla daha çox şəxsi haqq hesab çəkir.

Yaradılan yeni partiya da Türkiyədə uğur qazanmağa çalışacaq . Partiya çalışacaq ki, seçkilər yolu ilə iqtidarı ələ keçirsin və AK parti dönəmini sona çatdırsın. Davudoğlu 2016-cı ildə baş nazir vəzifəsindən istefaya göndərildikdən sonra 3 il susqunluğunu qorudu və nəhayət yeni bir partiya yaradaraq Ərdoğana rəqib olmaq qərarına gəlib.

Müşahidələr onu deməyə əsas verir ki, Əhməd Davudoğlu, Əli Babacan və Abdulla Gül ayrı-ayrı partiyaları formalaşdırmaq üzərində çalışırlar . Yəni onların hər üçünün eyni partiyada təmsil olunması hələ ki müşahidə olunmur. Bunun ehtimalı da çox azdır. Bunun özü isə AKP-dən ayrılan elektoratı parçalayan və Ərdoğanın əlini gücləndirən səbəb kimi dəyərləndirilməlidir.

Gələcəkdə Babacan və Gül birlikdə partiya yaradacaqlarsa təbii ki, AKP-ni əvəzləyə bilməyəcəklər. Ən azı onlar bir iki seçkidən sonra AKP-nin reytinqinə yaxınlaşa bilərlər. Yəni yeni dönəmdə Türkiyədə seçicilərin səslərinin yarıdan çoxunu qazanıb tək başına hakimiyyət qurmaq çətin olacaq. Prezident seçkilərində isə kimin daha şanslı olacağını indidən proqnozlaşdırmaq mümkün deyil.

Hazırda Türkiyə də siyasi ittifaqlar dşnəmi başlayıb və və tam olaraq Ərdoğan-Baxçalı tandemini Gül-Babacan-Davudoğlu triosunun əvəzləyə biləcəyi də ciddi şübhələr yaradır. Çünki sol cinahda hansı transformasiyaların olacağını da indidən təxmin etmək çox çətindir.

Nəzakət Məmmədova: “AKP-nin birdən-birə siyasətdən uzaqlaşması və yoza çıxması mümkün deyil”.

Buna baxmayaraq yeni yaradılacaq partiyalar AKP-nin zəifləməsinə və parçalanmasına gətirib çıxaracaq. Seçicilər də çalışacaq ki, səslərini yeni partiyaya versinlər, çünki onlar AKP-dən yorulublar.

Bir sözlə yeni partiyaların yaradılması daha çox AKP-yə veriləcək səslərin parçalanmasına gətirib çıxaracaq. Amma bu solun səslərini qazanmaq üçün yetərli gücə sahib olmayacaqlar.

Bir daha qeyd edim ki, AKP-nin birdən-birə siyasətdən uzaqlaşması və yoxa çıxması mümkün deyil. Çünki bu partiya 21-əsrin yaşadığımız bütün dönəmlərində Türkiyədə təkbaşına hakimiyyətə sahib olub və Türkiyə siyasətində bir çox dəyişikliklərə səbəb olub. Həmin dəyişikliklərin yaxın zamanda ortadan qaldırılması da qeyri-real görünür. Ona görə də hesab edirəm ki, Gül və Babacan Qərbdən tam dəstək alsalar belə, Türkiyədə AKP-nin uğuruna və topladıqları səslərin tamamına ancaq bir neçə seçkidən sonra nail ola bilərlər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən çox oxunanalar