Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdə olan jurnalist aclıq elan edib- Şikayətlərə baxılmır

Əfqan Muxtarlı aclıq elan edib

16 saylı koloniyada cəza çəkən jurnalist Əfqan Muxtarlı bu gün aclıq elan edib. O, qanunsuzluğa və vəkili Nemət Kərimliyə fiziki təzyiqlərə etiraz edir. Ə.Muxtarlının bəyanatı sosial şəbəkələrdə yayılıb.

"Sentyabrın 20-də baş vermiş qanunsuzluğa və vəkilimə qarşı zorakılığa etiraz olaraq aclığa başlayıram. Rəis müavini (koloniyanın) Emin Eminəliyev siyasi məhbuslara qarşı amansızlığı və zorakılığı ilə fərqlənir. Bundan öncə o, Məmməd İbrahimə qarşı güc tətbiq etmişdi. Ümumiyyətlə, məhbuslara qarşı çox sərt və amansızdır. Ondan prokurorluğa edilən şikayətlər araşdırılmır", - Ə.Muxtarlının bəyanatında deyilir.

O, ölkə rəhbərliyindən vəkililə bağlı insidentin obyektiv araşdırılmasını tələb edib.

"Emin Əliyev və zorakılıq törədən digər əməkdaşlar cəzalandırılmalıdır. Vəkilə qarşı törədilənlər mənim də hüquqlarımın pozulmasına yönəlib. Bundan öncə Nemət Kərimli 1 il müddətinə işdən kənarlaşdırılmışdı", - Ə.Muxtarlı yazıb.

Jurnalist diqqəti ona yönəldib ki, "indiki hücumlar" AŞPA siyasi məhbuslar üzrə məruzəçi Sunna Torhildur Evardsottirin və AŞ insan hüquqları komissarı Dunya Miyatovişin koloniyada ona baş çəkməsindən sonra törədilib.

Sentyabrın 20-də vəkil N.Kərimli Ə.Muxtarlı ilə görüşündən əvvəl və sonra ciddi yoxlanışa və hədələrə məruz qalıb. Vəkilin sözlərinə görə, həmin qanunsuz hərəkətlərə koloniyanın rəis müavini Emin Əliyev rəhbərlik edib. O, vəkilin jurnalistlə görüşü zamanı etdiyi qeydləri oxuyub. Ə.Muxtarlı Penitensiar Xidmətə rəsmi şikayət edəcəyini bildirib.

*Araşdırmaçı-jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanaraq gizlicə Azərbaycana göndərilib və burada həbs edilib. Məhkəmə onu qaçaqmalçılıq və sərhədçiyə qarşı zorakılıq tətbiq etməkdə ittiham edib.

Amnesty International beynəlxalq təşkilatı Ə.Muxtarlını "vicdan məhbusu" kimi tanıyıb.(Turan)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar