Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ağ monqollar”ın işğala hərisliyi haradan qaynaqlanır? - Araşdırma

Moskvanın əsasını qoyan monqollar rus xalqına daha nələri öyrədiblər?..

Sina (Çin) 18.09.2019

Deyirlər ki, hər bir rusda monqol qanı var. Mənası budur ki, rusun necə göründüyündən asılı olmayaraq onun damarlarında hökmən monqol qanı axır.

Bu, həqiqətdir, tarixi monqollar Rusiyanı 200 il boyunca idarə ediblər. Bu dövrün yada salınması ruslara xoş gəlmir. Hətta o yerə qədər ki, Rusiya tarixçiləri tarixin bu dönəmini “tatar-monqol yürüşü” adlandıraraq onu təsvir etmək üçün özəl termin işlədirlər. Amma yenə də inkar etmək olmaz ki, monqollar rus xalqına böyük təsir göstəriblər.

Hər şey Rusiyanın Avropanın şərq hissəsində yaşayan səpələnmiş slavyan tayfalarından ibarət olduğu hələ IX yüzillikdə başlanıb. Ruslar, keltlər və almanlar Qədim Roma dövründə Avropanın ən geri qalmış xalqları sayılırdılar. Sonradan varyaqlar Şimaldan Şərqi Avropaya soxularaq slavyan məskənlərinin bir hissəsini ələ keçiriblər. Onlar indiki Kiyev şəhərinin özülünü qoyub və onu Rusiyanın ulu babası olmuş Kiyev Rusu dövlətinin paytaxtı ediblər.

Varyaqlar Kiyev Rusunun binasını qoyduqdan sonra əvvəlki kimi slavyanların ənənələrinə əməl ediblər. Onlar habelə diplomatik münasibətləri bərkitmək üçün qarışıq nigahları təşviq ediblər, beləliklə avropalıların qanı slavyan qanına qarışıb.

Çingizxan 1206-cı ildə Monqol imperiyasını qurub. O, təkcə cənubda Qərbi Lyaonu ələ keçirmək istəmir, Kiyev Rusunun ərazisinə də acgözlüklə baxırdı.

Monqollar igidliklə döyüşürdülər. Onlar qərbə on beş il boyunca iki yürüş zamanı Kiyev Rusunu ələ keçirməyə nail olublar. Batı o zaman Kiyev Rusunun adını dəyişərək Qızıl Orda qoyub. Rus o vaxtdan iki əsr yarım boyunca Qızıl Ordanın hakimiyyəti altında olub. Monqolların qəddarcasına döyüşdüklərinə baxmayaraq, onlarda dövləti savadla yönəltmək bacarığı yox idi. Rus onların ağalığı zamanı böyük və kiçi knyazlıqlara parçalanıb.

Bundan başqa, hələ də yetərincə bəsit səviyyədə olan monqol sivilizasiyası beləliklə inkişaf əldə edib. Slavyanların bundan əvvəl avropalılarla nigahlarındansa monqollarla sıx qarışıq nigahlar onların genofonduna daha böyük təsir göstərib. İndi ruslara niyə “döyüşkən xalq” deyirlər? Çünki monqolların torpaq zəbtinə yönəlmiş genləri millətlərarası nuigahlar üzərindən ruslara ötürülüb. Rusları həm də “ağ monqollar” adlandırırlar.

Bu halda sual meydana çıxır – ruslar və monqollar arasında nigahlar nə qədər yayılıb? Oktyabr inqilabının lideri, SSRİ-nin qurucusu Vladimir Lenin çərək monqol mənşəlidir, onun nənəsi monqol qızıdır.

Monqol imperiyası sonralar Yuan sülaləsi idarəçiliyinin sonuna yaxın (1271-1368) dağılıb. Slavyanlar monqol hakimiyyətini aşırtmaq və dövləti qaytarmaq üçün öz güclərini birləşdiriblər. Slavyanlar monqollardan çox şey, o cümlədən torpaq işğal etməyə sevgi mənimsəyiblər. Lakin sonradan ruslar və monqollar arasında nigah getdikcə daha da azalıb, Avropa hersoqları ilə nigahlar isə lap çoxalıb.

Bu qayda ilə nəticə çıxarmaq olar ki, ruslarda əsasən Avropa qanı axır. Monqolların Rusiyanı 200 il yönlətdiklərinə baxmayaraq, bu, tarixin yalnız bir səhifəsidir. Slavyanlar bir neçə yüzillik ötəndən sonra yenidən avropalılara oxşamağa başlayıblar.

Maraqlıdır ki, Rusiyanın indiki paytaxtı Moskva monqolların basqınına qədər yalnız kiçik sərhədyanı şəhər olub. Monqollar oranı işğal edəndən sonra Moskvadan əsas şəhər kimi istifadə edib və burada süvari ordu yerləşdiriblər – indi onun yerində Kreml yerləşir.

Kinayəlidir ki, ruslarda xəcalət hissi doğuran monqollar onların paytaxtının qurucuları olublar!

Tərcümə: Strateq.az

pia.az


Etiket: monqollar tarix

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar