Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri erməniləri ifşa edib – Video

Sentyabrın 20-də Varşava şəhərində ATƏT-in 2019-cu il İnsan ölçüsü üzrə İmplementasiya Görüşünün qaçqınlar və məcburi köçkünlərin hüquqları müzakirə olunub

“Humanitar məsələlər və digər öhdəliklər“ sessiyası zamanı Ermənistan nümayəndə heyəti prosedur qaydalarından sui-istifadə edərək Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin çıxışının qarşısını almağa cəhd edib.

Ermənistan nümayəndəsi T.Gəncəliyevin iclasda iştirak üçün qeydiyyatının aydın olmadığını iddia edərək, ona çıxış üçün söz verilməməsini tələb edib.

Azərbaycan nümayəndə heyətinin izahı və tədbirin təşkilatçısı qismində ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar üzrə Bürosunun məsələ ilə bağlı Ermənistan nümayəndəsinə aydınlıq gətirməsi ilə T.Gəncəliyevə yenidən çıxış üçün söz verilib. Lakin Ermənistan nümayəndəsi verilmiş izahata baxmayaraq, ikinci dəfə T. Gəncəliyevin çıxışına mane olmağa cəhd edib və bu cəhdi də uğursuz olub. Sessiyanın moderatoru T.Gəncəliyevin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri qismində qeydiyyatdan keçdiyini və bu statusda çıxış etdiyini bildirərək, ona söz verib. T. Gəncəliyev tutarlı faktlarla erməniləri ifşa edib, onların işğalçı olduğunu, beynəlxalq təşkilatları həmişə aldatmağa cəhd etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar