Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Zülfüqarov: "Azərbaycan İsraildə səfirlik açmalıdır"

"Bu və ya digər ölkədə səfirliyin açılması ilk növbədə ikitərəfli münasibətlərin inkişafı üçün gərəklidir. Ona görə, Azərbaycanın da İsraildə səfirlik açmasının vaxtı gəlib çatıb"

PİA.az xəbər verir ki, bu sözləri "-Modern.az-a Ermənistanın İsraildə səfirlik açmaq qərarı haqqında danışarkən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov söyləyib.

O qeyd edib ki, Sovet İttifaqı dağılandan sonra demək olar bütün ölkələr İsraildə səfirlik açıb:

"Azərbaycan da bu səfirliyi açmalıdır. İran faktorunu isə nəzərə almağa ehtiyac yoxdur. Bizim də çox məsələlərdən xoşumuz gəlmir. Məsələn, İran Ermənistanla yaxşı münasibətləri qoruyub, saxlayır. Bir çox məqamlarda rəsmi Tehran Azərbaycanın mənafeyinə zidd addımlar atıb. Ona görə, ikitərəfli münasibətləri nəzərə almağımız daha əlverişli olar”.

Zülfüqarov Ermənistanın İsraildə səfirlik açmasının İran tərəfindən kəskin qarşılanacağını düşünmür:

"Ermənistanı bir kənara qoyaq, Türkmənistanın, Türkiyənin, digər İslam ölkələrinin, hətta bəzi ərəb ölkələrinin də İsraildə səfirliyi, yaxud diplomatik əlaqələri mövcuddur. Hər halda biz də öz maraqlarımızı güdməliyik. Erməni diasporu orada da fəaldır və parlamentə təsir göstərmək imkanları var. Bunun qarşısını almaq, dost ölkə ilə əlaqələri gücləndirmək üçün ciddi iş aparılmalıdır. İsrail bizim üçün həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətli partnyordur”.

Qeyd edək ki, Ermənistan hökumətinin iclasında İsrailin Təl-Əviv şəhərində səfirliyin açılması barədə qərar verilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar