Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

10 min dollar krediti olanların problemi həll oluna bilər

“Növbəti aylarda problemli kreditlərlə bağlı yeni mexanizmlərin tətbiqi gözlənilir”

PİA.az bildirir ki, bu barədə iqtisadçı Vüqar Bayramov Modern.az-a bildirib.

“Problemli kreditlərlə bağlı oktyabr, noyabr və dekabr aylarında yeni mexanizmlərin tətbiq edilməsi mümkündür. Təklifimiz, 10 min dollardan artıq olan kreditlərin differensial olaraq, ilk 10 mininə güzəştin verilməsilə bağlıdır. Proses başlanan zaman təklifi hökumətə təqdim etmişik. Nəzərə alsaq ki, problemli kreditlərlə bağlı fərmanın icrası 2019-cu ilin sonunda başa çatacaq, bu təklifin qəbuluna ümid edirik. Ona görə də hüquqi baxımdan fərmana dəyişikliklər edilməsi, kreditlərin 10 min dollaradək hissəsinə differensial olaraq güzəştin verilməsi mümkündür. Ümid edək ki, ilin sonuna doğru bu istiqamətdə addımlar atılacaq”.

Onun sözlərinə görə, 10 min 1 dolları olan vətəndaş bu güzəştlərdən istifadə edə bilmədi. Bizi fiziki şəxslərin borclarının 10 min dollaradək olan hissəsinə güzəştin verilməsini təklif edirik və düşünürük ki, bunun qəbulu ədalətli olar. Zaminlərlə bağlı təklifin qəbulu artıq mümkün deyil, çünki kompensasiya ödənişləri edilib. Güman edirik ki, digər təklifimizin qəbulu mümkündür. Və 10 min dollardan çox borcu olan vətəndaşlarımızın da məsələsi həll ediləcək”.

Əhəmiyyətli azalma niyə yoxdur…

Ekspert qeyd edib ki, Fərmanın icrasından sonra problemli kreditlərin həcmi hiss olunacaq dərəcədə azalmayıb:

“Mərkəzi Bankın açıqladığı göstəricilərə əsasən avqustun 1-nə problemli kreditlərin həcmi 1 milyard 487 milyon manatdır. Proses başlananda, yəni fevral ayında problemli kreditlərin həcmi 1 milyon 574 milyon manat idi. Prosesdən sonra problemli kreditlərin həcmində 87 milyon manat azalma qeydə alınıb. Amma azalmadakı rəqəm böyük deyil. Rəqəmin kiçik olması hələlik bütün kompensasiyalar üzrə göstəricilərin açıqlanmamasıdır. Güman olunur ki, rəqəmlərin açıqlanması növbəti aylarda problemli kreditlərin həcminə öz təsirini göstərəcək”.

“Problemli kreditlərin çoxu biznes kreditləridir”

Onun sözlərinə görə, problemli kreditlərin çoxu ya qeyri-istehlak kreditləridir, ya da 10 min dollardan artıq olan kreditlərdir:

“Nəticə etibarilə kompensasiayların ödənilməsi həcmə o qədər də təsir göstərməyib. Təbii ki, ilin yekununda son rəqəmə baxıb onun əsasında fikir yürüdülə bilər. Amma gözlənilir ki, problemli kreditlərin həlli, biznes və 10 min dollardan çox olan kreditlərlə bağlı addımlar atıldıqdan sonra azaldıla bilər. Çünki struktura diqqət yetirsək, problemli kreditlərin həcmində biznes və 10 min dollardan artıq kreditlərin payı çoxdur”.

“İlin sonunadək 10 min dollardan çox borcu olanlara kompensasiya verilə bilər”

V.Bayramov bildirib ki, hazırda mübahisəli məsələlərə baxılır:

“Kompensasiya ödənişləri həyata keçirilsə də, hələ mübahisəli məsələlər var. Hansı ki, vətəndaşlar məhkməələrə müraciət edib. Ola bilər vətəndaş kompensasiya məbləğindən narazıdır, yaxud kompensasiyası düzgün hesablanmayıb və s. Fərmana dəyişikliklər edilərsə və 10 min dollardan artıq borclara differensial olaraq kompensasiya ödənilməsi nəzərə alınarsa, onların ilin sonunadək verilməsi mümkündür”.

“Qara siyahı”ya düşmüş müştərilərin aqibəti

İqtisadçı müştəri tarixçələrinin yenilənməsi məsələsinə də aydınlıq gətirib:

“Mövcud qaydalara əsasən, kompensasiya verildikdən sonra vətəndaşın krediti qalıbsa, restrukturizasiya olunur. Bu zaman vətəndaşa zaman tanınır. Yeni müqavilə bağlandıqdan 6 ay sonra vətəndaş yubanma olmadan kreditini ödəyirsə, o zaman adının “qara siyahı”dan çıxarılması ilə bağlı kommersiya bankına müraciət edə bilər. Əgər müştəri, 1 il dayanmadan öz öhdəliyinə əməl edirsə, kommersiya bankı onun adının “qara siyahı”dan çıxarılmasını təmin edir”.

pia.az


Etiket: kredit sosial

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar