Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistanın kosmik gəmisi Ayda tamamilə yox oldu

Məlum olduğu kimi, sentyabrın 7-də Hindistan Ay missiyasını yerinə yetirən özünün “Chandrayaan-2” pilotsuz kosmik gəmisi və “Vikram” lunoxodu ilə əlaqəni itirdiyini bəyan etmişdi...

Sentyabrın 8-də Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) hər ötən saat kosmik aparatın batareyasının tükəndiyini, bir neçə gündən sonra modulun işləməsi üçün heç bir gücünün qalmayacağını bildirmişdi. ISRO əlavə etmişdi ki, qısa bir müddətdə günəş panelləri vasitəsilə enerji hasil etmək mümkün olacaq, lakin bu, kosmik aparatın fəaliyyəti üçün yetərli olmayacaq.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, sentyabrın 21-də ISRO bəyan edib ki, “Vikram”la əlaqəni bərpa etmək üçün ayrılan müddət sona çatıb və modulun 14 günlük enerji ehtiyatı olan batareyası da tükənib. Artıq onun tapılmasına heç bir ümid qalmayıb.

“Chandrayaan-2” pilotsuz kosmik gəmisi və “Vikram” lunoxodunun Ayın cənub qütbündə tədqiqatlar aparacaq ilk Hindistan missiyası idi. Lakin lunoxod Yerin təbii peykinin səthinə enməsinə 69 saniyə qalmış itib və 14 gün müddətində onunla rabitə əlaqəsini bərpa etmək mümkün olmayıb.

ABŞ, Rusiya və Çindən sonra Hindistan Ayın səthinə yumşaq eniş edən dördüncü ölkə olmaq iddiasındadır. Rabitə əlaqəsinin kəsildiyi “Chandrayaan-2” pilotsuz kosmik gəmisinin iyulun 22-də kosmosa buraxılmasını Baş nazir Narendra Modi başda olmaqla bir çox insan canlı yayımda izləmişdi. “Vikram” lunoxodunun itməsi ölkədə Ay missiyası ilə bağlı sevincin məyusluğa çevrilməsinə səbəb olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar