Səhər tezdən başlayan güclü külək nəticəsində paytaxtda altı ağac aşıb...
Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib
Orxan Məmmədov hadisələrin Yasamal, Nəsimi, Nərimanov və Xətair rayonlarında baş verdiyini bildirib:
“Maddi zərər və insan təlafatı yoxdur. Yalnız altı ağac aşıb. Səhər tezdən gücləndirilmiş iş rejimində çalışırıq”.
pia.az