Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İMF növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqladı

Beynəlxalq Valyuta Fondu (İMF) növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb

İMF-in yeni hesabatında qeyd olunur ki, Fondun proqnozlarına əsasən, bu ilin sonuna neftin bir barrelinin orta illik qiyməti 63,5 ABŞ dolları təşkil edəcək.

2020-ci ildə isə neftin bir barrelinin illik qiyməti 3,6 dollar və ya 5,7% azalaraq 59,9 dollar təşkil edəcəyi gözlənilir.

Fondun proqnozuna əsasən, 2021-ci ildə neftin bir barrelinin orta illik qiyməti 58,0 dollar olacaq ki, bu da daha əvvəlki ilə nisbətdə 1,9 dollar və ya 3,2% azdır. 2022-ci və 2023-cü illərdə isə neftin orta illik qiyməti 57,2 dollar olacağı proqnozlaşdırılır ki, bu da 2021-ci ilə nisbətdə 0,8 dollar və ya 1,38% azdır.

Hesabatda vurğulanır ki, 2024-cü ildə neftin bir barrelinin orta illik qiymətinin cüzi artacağı proqnozlaşdırılır. Belə ki, 2024-cü ildə neftin bir barrelinin orta illik qiyməti 57,6 dollar olacağı proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 0,4 dollar və ya 0,7% artacaq.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət və icmal büdcəsində neftin 1 barrelinin qiyməti 55 ABŞ dolları nəzərdə tutulub. Bu, neftin 2019-cu ildəki büdcə qiyməti ilə müqayisədə 5 dollar azdır. 2019-cu ildə neftin bir barrelinin qiyməti büdcədə 60 dollar götürülüb. (report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar