Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neslican xərçəngə 4-cü dəfə qalib gələ bilmədi

Bir neçə ildir xərçəngdən əziyyət çəkən, xəstəliyə üç dəfə qalib gələn universitet tələbəsi Neslican Tay ötən gün müalicə olunduğu xəstəxanada vəfat edib

Türkiyə mediası xəbər verir ki, klinikadan verilən məlumata görə, 20 yaşlı gənc qız saat 21:20-də həyata gözlərini yumub. O, vəziyyəti ağır olduğundan bir neçə gün əvvəl reanimasiya şöbəsinə yerləşdirilmişdi. Ancaq hər kəs Neslicanın yenidən ayağa qalxacağına inanırdı. Çünki, məhz xərçəngə qarşı əzmkar mübarizəsi ilə bütün Türkiyənin sevgisini qazanmışdı. Hamı onu xərçəngə meydan oxuyan gənc qız kimi tanıyrdı.

Neslican 18 yaşında, universitet imtahanlarına hazırlaşarkən xərçəngə yoluxub. Şiş səbəbindən sağ ayağı amputasiya edilib. Ancaq buna baxmayaraq, ruhdan düşməyərək, mübarizə əzmi və yaşama həvəsi ilə xərçəng xəstələrinə nümunə olub. Xərçəng olduğu halda universitetdə oxumaq arzusundan vaz keçməyib və psixologiya fakültəsinə daxil olub. O, iki ildir müalicə prosesini, yaşadıqlarını, keçirdiyi hissləri izləyiciləri ilə bölüşüb. Reanimasiyaya yerləşdirilməzdən əvvəl sosial mediada paylaşdığı son videomüraciətdə "İndi hər şeyin çox gözəl olmasının tam zamanı” demişdi.

Yaşamağı sevən gənc qız xəstəliyə yenidən qalib gələcəyinə inanırdı: "Xərçəngin məni məğlub edəcəyinə bir gün belə inanmadım. Mən savaşmaq məcburiyyətindəyəm. Bu həyatda qalmaq istəyirəm, yaşamaq istəyirəm. Bunun üçün nə lazımdırsa edəcəm”.

Ancaq təəssüf ki, bu dəfə mübarizədə Neslican yox, xərçəng qalib gəldi. Bu xəbər internet fenomeni olan gənc qızın bir milyona yaxın izləyicisini, eləcə də bütün Türkiyəni kədərləndirib. Sıravi vətəndaşlardan türkiyəli məhşurlara qədər hər kəs onun yaşamaq sevgisinin nümunə olduğunu yazır: "Bizə sonuna qədər yaşamağın nə olduğunu göstərdin. Hamımızın qəlbindən bir parça apardın!" (Bakupost)

pia.az


Etiket: Neslican Tay

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar