Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft ölkəsi olmağımıza baxmayaraq iqtisadi göstəricilərə görə niyə yaxın qonşularımızdan daldayıq?

İqtisadi göstəricilərə görə yaxın qonşularımızdan geri qalmağımızda “kölgə iqtisadiyyatı”nın rolu...

İqtisadçı: ““Kölgə iqtisadiyyatı”nın aradan qaldırılması dövlət üçün çox vacibdir”.

“Bir neçə il bundan əvvəl baş vermiş devalvasiyadan sonra Azərbaycan manatının alıcılıq qabliyyəti çox aşağı düşdü. Buna görə də 2016-cı ildən başlayaraq iqtisadi göstərcilərdə Ermənistan və Gürcüstana uduzuruq”.

Bu sözləri iqtisadçı Nazim Bəydəmirli Azərbaycanın iqtisadi göstəricilərə görə yaxın qonşulardan geri qalmasında “kölgə iqtisadiyyatı”nın rolunu PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi bu gün “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür. Neft ölkəsi olmağımıza baxmayaraq Azərbaycan minimim əmək haqqı və digər iqtisadi göstəricilərdə Gürcüstan və Ermənistandan geri qalır. Yəni Dövlət Statistika Komitəsinin açıqlamasına görə Azərbaycanda orta aylıq əmək haqqının məbləği bu ilin ilk 5 ayının nəticəsinə görə ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 583 manat 70 qəpik və ya mövcud məzənnə ilə 343 dollar olub.

MDB-nin digər ölkələrinə gəldikdə isə orta aylıq əmək haqqı Gürcüstanda 395 dollar (1125 lari), Ermənistanda 367 dollara (176 min 215 dram), Belarusda 510 (1 035,7 rubl), Ukraynada 383 (9 min 878 qrivna), Özbəkistanda 238 (2 milyon 41 min 718,1 som), Qırğızıstanda 227 (15 min 875 som), Tacikistanda isə 138 dollara (1 299,9 somoni) bərabər olub.

İqtisadi göstəricilərə görə yaxın qonşularımızdan geri qalmağımızda “kölgə iqtisadiyyatı”nın rolu barədə nə demək mümkündür? Həmçinin vergidən yayınmaq üçün özəl şirkətlərin, xüsusən məmur biznesi olan böyük şirkətlərin maaşları az göstərməsi və ümumiyyətlə bir çox hallarda qeydiyyatsız fəaliyyət göstərməsi Azərbaycan iqtisadiyyatının inkişaf tempinə nə qədər mənfi təsir göstərir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı Nazim Bəydəmirliyə müraciət edib.

Nazim Bəydəmirli: “Hökumət kölgə iqtisadiyyatında olan vəsaitləri büdcəyə cəlb etmək əvəzinə hazır yerdən vəsait götürür və müxtəlif layihələrə xərcləyir”.

Dövlət büdcəsinin gəlirləri, insanların real maaşlarının artımı baxımından “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasını vacib hesab edən iqtisadçı PİA.az-a açıqlamasında bildirib ki, bunun üçün də bir neçə mərhələli islahatlar aparılmalıdır:

“Çox təsirlidir ki, bir neçə il bundan əvvəl baş vermiş devalvasiyadan sonra Azərbaycan manatının alıcılıq qabliyyəti çox aşağı düşdü. Buna görə də 2016-cı ildən başlayaraq iqtisadi göstərcilərdə Ermənistan və Gürcüstana uduzuruq. Təbii ki, manatın alıcılıq qabliyyəti aşağı düşəndə insanların real gəlirləri də aşağı düşür.

Eyni zamanda neft ölkəsi olduğumuza baxmayaraq bu gün adam başına düşən ümumdaxili məhsulun artım tempi bizi qane etmir. Həmçinin büdgə gəlirlərində vergilərin xüsusi çəkisi aşağıdır. Məsələn Gürcüstanda vergilərin xüsusi çəkisi 95%-ə yaxındır. Azərbaycanda isə vergilərin xüsusi çəkisi 40%-ə çatmır. Əvvəlki illərdə bu göstərici ölkəmizdə daha da aşağı olub.

Uzun illərdir ki, hökümət Neft Fondundan vəsait götürərək büdcənin çatmayan hissəsinə sərf edir. Yəni hökumət kölgə iqtisadiyyatında olan vəsaitləri büdcəyə cəlb etmək əvəzinə hazır yerdən vəsait götürür və müxtəlif layihələrə xərcləyir. Həmin investisiya layihələri yenə də maliyyə mexanizmləri vasitəsi ilə mənimsənilir. Çünki investisiya layihələrini həyata keçirən şirkətlər əsasən iri vergi ödəyiciləridir. Özəl şirkətlər isə müxtəlif məmur-oliqarxlara aid olan şirkətlərdir. Yəni maliyyə mexanizmi vasitəsi ilə büdcə vəsaitləri mənimsənilir. Bu da dolayısı yolla kölgə iqtisadiyyatına xidmət edir.

Nazim Bəydəmirli: “Dövlət Sosial Müdafiə FonduGömrük Komitəsi ilə bağlı islahatlar aparılmalıdır”.

Bu mənada “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması dövlət üçün çox vacibdir. Dövlət büdcəsinin gəlirləri, insanların real maaşlarının artımı baxımından “kölgə iqtisadiyyatı” aradan qaldırılmalıdır. Bunun üçün də bir neçə mərhələli islahatlar aparılmalıdır və yarımçıq islahatlarla hər hansı nəticəyə nail olmaq mümkün deyil.

Hesab edirəm ki, Dövlət Sosial Müdafiə FonduGömrük Komitəsi ilə bağlı islahatlar aparılmalıdır. Bu komitələr ləğv edilib xidmət səviyyəsin gətirilməlidir. Düzdür Dövlət Sosial Müdafiə Fondu ilə bağlı demək olar ki, qismən də olsa, bu addımlar atılıb. Yəni sosial sığortanı yığmaq Vergilər Nazirliyinə həvalə olunub. Amma Gömrük Komitəsi ilə bağlı bunu demək olmaz. Çünki kölgə iqtisadiyyatı dediyimizin əksər hissəsi idxaldan əmələ gələn problemlərdir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar