Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın Orta Şərq və Şimali Afrika planı: Regional ittifaqlar inşa edilir...

ABŞ-ın “Böyük Yaxın Şərq Layihəsi” uğursuzluğa düçar olub və bölgəni formalaşdırmaq məqsədilə Vaşinqtonda İslam dünyasını nəzarət altına almaq üçün yeni planlara start verilib...

Mehmet PERİNÇEK
“Aydınlık” qəzeti, Türkiyə, 19 sentyabr 2019-cu il

Moskvanın hazırladığı ssenari nəticəsində bölgədəki xalqların müstəmləkəçilikdən xilas olması, ABŞ-ın dağıdıcı təsirlərinin məhdudlaşması, həmçinin, geosiyasi maraqların normallaşması və İslamın ənənəvi formalarının uzlaşması zəminində regional ittifaqlar yaradılacaq.

Vaşinqton “Böyük Yaxın Şərq Layihəsi”ni (BYŞL) həyata keçirə bilmək üçün bir tərəfdən bölgədə etnik bölüşdürməni dəstəkləyir, digər tərəfdən də vəhabiliyi qızışdırırdı. Vəhabilik vasitəsilə bölgədəki milli dövlətlər qızışdırıldı, Orta Şərq və Şimali Afrikaya müdaxilə etmək üçün zəmin yaradılıb və guya buna qarşı mübarizə aparmaq üçün PKK/PYD kimi təşkilatlar da normal qəbul edilməyə başlanıb.

ABŞ-ın “Böyük Yaxın Şərq Layihəsi” və yeni dünya sistemi iflas etdi, o zaman onun yerinə nə yaradılacaq?

Lakin ABŞ-ın “Böyük Yaxın Şərq Layihəsi” uğursuzluğa düçar olub və bölgəni formalaşdırmaq məqsədilə Vaşinqtonda İslam dünyasını nəzarət altına almaq üçün yeni planlara start verilib. Kremıin təhlükəsizlik qüvvələri ABŞ-ın bu yeni planlarını öyrəndikdən sonra Rusiya dövlətinin mərkəzi qüvvələri də hərəkətə keçib. Əsgərlərdən kəşfiyyata və strategiya mütəxəssislərinə qədər rus dövlətinin mərkəzindəki hər kəs toplanaraq yeni bir layihə üzərində işləməyə başlayıb. Ortaya qoyduqları sual budur: ABŞ-ın “Böyük Yaxın Şərq Layihəsi” və yeni dünya sistemi iflas etdi, o zaman onun yerinə nə yaradılacaq? Alternativini yaratmamış ABŞ-dan tam olaraq xilas olmaq mümkün deyil və addımlar buna uyğun atılır.

Layihənin məqsədi

Bu layihənin bir neçə əsası var:

1. ABŞ-ın Yaxın Şərq və Şimali Afrikadakı yeni layihələrinə mane olmaq;

2. “Böyük Yaxın Şərq Layihəsi”nin uğursuzluğundan istifadə edərək bölgədə Avrasiya variantını həyata keçirmək;

3. Bölgədəki ölkələri barışdırıb, ABŞ-a qarşı birləşdirmək;

4. ABŞ-ın müttəfiqlərini Vaşinqtondan qoparmaq;

Bu hədəflərə çata bilmək üçün mənəvi planda ənənəvi İslam və vəhabilik arasındakı ziddiyyətin önəmi vurğulanır. Qərbin süni şəkildə qızışdırdığı vəhabilik qarşısında ənənəvi İslam dini fanatik qrupların kənarlaşdırılması üçün önəmli bir müttəfiq kimi qəbul edilir. Yunus Əmrə, Mövlana və Bəktaşi ənənəsi İslamın fanatik variantı olan vəhabiliklə üz-üzə qoyulur. Beynəlxalq zəmində bu layihənin 3 əsas prinsipi müəyyənləşdirilib: Moskva-Ankara-Tehran. Bu siyasi ittifaq əsasında da ortodoks xristianlığı və sünnilik-şiəlik bir yerə toplanıb.

Layihə tamamlanmayıb, detalları müzakirə olunur

Tamamilə gizli şəkildə davam edən layihə hələ ki, bitməyib. Lakin ümumi çərçivədə dövlət tərəfindən qəbul edilir. Bu plan yüksək səviyyədə izlənilir. Lakin layihənin detalları müzakirə edilir və əgər səhvləri, uyuşmazlıqları varsa, düzəldilir. Yəni, qısaca, planın ideal olduğunu iddia edən yoxdur.

Layihə sonuncu dəfə gizli bir mətn halına gətirilib və xəritəsi də hazırlanıb. Bu mətn və xəritə ilə tanış olduqda düşündük ki, Türkiyə və bölgə ictimaiyyətini Rusiyanın planlarından xəbərdar etməliyik. Müzakirə aparmaq, lazım gəldikdə prosesə daxil olmaq, doğru detalları dəstəkləmək və səhvləri göstərmək lazımdır. Kənardan izləməkdənsə, planı möhkəmləndirmək üçün müdaxilə etmək lazımdır.

Artıq sözügedən sənədin terminologiyasını və ifadələrini qoruyaraq hesabata nəzər sala bilərik.

“Böyük Yaxın Şərq Layihəsi” iflas etdikdən sonra yaranan imkanlar

Bu layihə Yaxın Şərq və Məğrib bölgəsindəki (Şimali Afrika. red!) yeni geosiyasi şərtlərə uyğun olan Avrasiyaçı bir çevrilmənin yol xəritəsi hesab edilir. Bölgənin sabitləşməsi və ədalətli bir sistemə keçməsində yeni imkanlar yaratmaq üçün İŞİD-in Suriyada və İraqda məğlub edilməsi, “Ərəb Baharı”nın iflası və nihilist liberal ideologiyanın dünya miqyasındakı böhranı əsas götürülür.

Hazırlanan sənədə görə, bu ssenarinin reallaşması nəticəsində bölgədəki xalqlarin müstəmləkəçilikdən xilas olması, ABŞ-ın bölgədəki dağıdıcı təsirlərinin məhdudlaşdırılması, həmçinin geosiyasi maraqların nizamlanması və İslamın ənənəvi formalarının uzlaşması zəminində yeni ittifaqlar yaradılacaq.

Moskva-Ankara-Tehran üçbucağı

İddia edilir ki, bu Avrasiyaçı quruluşun kökündə də Astana prosesində formalaşan Moskva-Ankara-Tehran ortaqlığı yer alır. Digər tərəfdən isə neo-liberal ideologiyanı rədd edən, çox qütblü dünyaya yönələn, öz kimliyini, mədəniyyətini və maraqlarını qorumaq istəyən bütün dövlətlərə (Misir, Pakistan və s.) də yer verir. Həmçinin, vurğulanır ki, mənəvi planda ortodoks, Təsəvvüf (Sufi) və şiə ənənələrini təmsil edən və böyük imperial köklərə sahib olan bu 3 dövlət Orta Şərq və Məğrib bölgəsinin mənəvi və geosiyasi gələcəyində də öz üzərinə məsuliyyət götürməlidir.

Rus dövlətinin mərkəzində gedən bu layihədə Rusiya dövləti beynəlxalq arenada qloballaşmağa və Atlantikçiliyə qarşı mübarizə apara biləcək əsas ünsür kimi qiymətləndirilir. Digər tərəfdən də, mənəvi cəhətdən fanatikləşmiş Qərbin xristian dünyasındakı alternativi hesab edilir.

Sənəddə şiə İranının çağdaş mənəvi inqilabı bənzərsiz bir təcrübə kimi qiymətləndirilir və vurğulanır ki, bu təcrübə cəmiyyətin qarşısına səfərbərlik üçün qoyulmuş milli-dini bir mübarizə nümunəsidir.

ABŞ müttəfiqlərinin gələcəyi

Hazırlanan plana görə, Türkiyə də son dönəmdə qanlı cihad anlayışı ilə fanatikləşdirilən sünniliyin ənənəvi köklərinə qayıtmasında rol oynaya biləcək.

Bu Avrasiyaçı planın həyata keçirilməsi ilə ABŞ-ın bölgədəki ənənəvi müttəfiqləri də (xüsusilə, İsrail, Səudiyyə ƏrəbistanıQətər) seçim arasında qala bilərlər: Ya əvvəlki sahibindən tamamilə asılı qalmağa davam etməlidir, ya da Avrasiyanın yanında olaraq müstəqil yol getməlidir. Hesabat vasitəsilə bu dövlətlərin taleyi müəyyənləşəcək.

Əvvəlki dönəmlərdə qeyd edilirdi ki, belə bir plan əsassız ola bilər və Astana prosesinin də uğurları ilə məcburi hala gətirilib. “Orta Şərq və Məğrib üçün Avrasiya Planı” adlanan layihənin ümumi bünövrəsi bu şəkildə qurulub.

“Böyük Yaxın Şərq Layihəsi”ndən bu vaxta qədərki proses

Yaxın Şərq və Məğrib bölgəsinin müxtəlif dövlətləri, xalqları və inancları arasında yerləşən bir bölgə olduğu bildirirlir. Həmçinin qeyd edilir ki, ABŞ-la müttəfiqlərinin bu bölgəni boğmaq üçün davamlı olaraq xaos yaradır, lakin Avrasiyaçı qüvvələr bölgədə sabitlik və nizam yaratmağa çalşırlar.

Rus dövlətinin mərkəzində gedən bu layihədə Moskva beynəlxalq arenada qloballaşmağa və Atlantikçiliyə qarşı mübarizə apara biləcək əsas ünsür kimi qiymətləndirilir.

ABŞ-ın “Böyük Yaxın Şərq Layihəsi”ndən bu günə qədərki fəaliyyətləri bu şəkildə izah oluna bilər:

ABŞ 2000-ci illərin əvvəlində İsrailin dəstəyi ilə amerikalı neo-conların hazırladığı və Məğribdən İrana qədərki bütün bölgənin qeyri-sabit hala gətirildiyini öncədən görən “Böyük Yaxın Şərq Layihəsi”ni həyata keçirməyə cəhd etmişdi. ABŞ-ın müxtəlif bəhanələrlə Əfqanıstana və İraqa etdiyi hücumlar da terrorun yüksəlməsinə səbəb oldu. “Ərəb Baharı” nəticəsində sərhədlərin yenidən müəyyənləşdirilməsi və illərdir radikal islamçılara mane olan dünyəvi, milliyətçi rejimlərin ortadan qalxması prosesi sürətlənib. Tunis, Misir və Liviyadakı ABŞ-ın qızışdırdığı rejim dəyişikliklərindən sonra, növbə Suriyaya gəlib.

Rusiyanın Yaxın Şərqə qayıdışı geosiyasi mənzərəni kökündən dəyişdirib. Moskva İŞİD-i məğlub edib, Suriyanı xilas edib və neo-conların Yaxın Şərqi xaosa sürükləməsinin qarşısını alıb. Bunun nəticəsində ABŞ-ın tərəfsiz qüvvələrin və ya öz müttəfiqinin qarşısında bir seçim etmək şansı yarandı: Avrasiya və ya Atlantikçilik.

Rusiyanın müdaxiləsi Amerika xarici siyasətinin bütün prinsipsizliyini və dağıdıcı xarakterini ortaya qoydu. Vaşinqtonun kiçik bir təzyiqlə köhnə müttəfiqlərinə xəyanət etməsi ortaya çıxdı. Beləliklə də, ABŞ-ın bəzi keçmiş müttəfiqləri (Türkiyə, İraq, Misir, Qətər) Atlantik qrupu ilə olan münasibətlərinə şübhə ilə yanaşmağa başladı və Avrasiya xəttini mənimsədi.

Amerikanın əleyhinə deyil, qloballaşmanın əleyhinə

Trampın prezident olması ilə ABŞ-ın bu bölgədəki durumu daha da çətinləşib. “İsrailin dostu” və İranın əleyhinə olan ABŞ prezidenti bu günə qədər Yaxın Şərq və Şimali Afrika üçün yeni geosiyasi vəziyyətə uyğun bir model irəli sürə bilməyib. Bu da Avrasiya qüvvələrinə bölgənin taleyini müəyyənləşdirmək üçün bir şans verdi.

2000-ci illərin əvvəlindən bu günə qədərki prosesi əhatə edən hesabatda Yaxın Şərqdə və Şimali Afrikada ABŞ təsirlərinin məhdudlaşdırılması və Amerikaya qarşı yox, qloballaşma və işğalçılıq əleyhinə olmaq vurğulanır. Qeyd edilir ki, bu xətt üzrə getmək Trampın seçkidən əvvəlki ritorikasına və amerikalıların gözləntilərinə uyğun gəlir

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar