Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Talibanın törətdiyi partlayış nəticəsində xəstəxana dağılıb

Talibanın Əfqanıstan Kəşfiyyat Xidmətinin Zabul vilayətinin paytaxtı Qalatdakı qərargahı yaxınlığında törətdiyi bomba partlayışı nəticəsində azı 15 nəfər ölüb, 90-dan çox insan yaralanıb

Vilayət hökumətinin sözçüsü Gül İslam Seyal bildirib ki, qadınlar və uşaqlar da daxil olmaqla hadisə qurbanlarının çoxu yaxınlıqdakı xəstəxanada müalicə olunan xəstələr olub.

Mülki əhali Əfqanıstanda baş verən zorakılıqlarla qarşılaşır. BMT-nin verdiyi məlumata görə, bu il mülki vətəndaşlar arasında rekord sayda itkilər qeydə alınıb. BMT-nin Əfqanıstana Yardım Missiyası 2019-cu ilin ilk altı ayı ərzində 1366 mülki vətəndaşın öldüyü, 2446 nəfərin isə yaralandığı haqda məlumat verib.

Taliban çərşənbə günü Əfqanıstanın şərqində Calalabad şəhərində şəxsiyyət vəsiqələrinin verildiyi mərkəzdə və çərşənbə axşamı günü 50 nəfərin ölümülə nəticələnmiş başqa iri hücumlar törədib. Bu hücumlardan biri prezident Əşrəf Qaninin Pərvan şəhərində seçki mitinqi zamanı baş verib.

Taliban hücumları Əfqanıstanda sentyabrın 28-də keçiriləcək prezident seçkilərindən əvvəl törədib. Taliban komandirləri ABŞ-la üsyançı qrup arasında sülh danışıqlarının baş tutmamasından sonra prezident seçkilərini zorakı şəkildə pozacaqlarına söz veriblər.(virtualaz.org)

pia.az

 


Etiket: Partlayış

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar