Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mən qazanacam, Xərçəng yox" - Fenomenə çevrilən 20 yaşlı qız - Video

20 yaşlı Nəslican Tay yenə gündəmdədir

Türkiyədə xərçəngə qarşı mübarizəsilə məhşurlaşan 20 yaşlı Nəslican Tay yenə ölkə gündəmindədir.

Medicina.az xəbər verir ki, üç dəfə xəstəliyə qalib gələn gənc qız yenidən xəstəxanaya yerləşdirilib. Bu dəfə daha ağır formada. Ancaq buna baxmayaraq, xəstəliyə qalib gələcəyinə inanır.

Xərçəngə meydan oxuyan gənc qız - Türkiyə 20 yaşlı Nəslican Tayı belə tanıyır. Xəstəliklə mübarizədə göstərdiyi əzmkarlıq onu bütün Türkiyədə məhşurlaşdırıb, sosial media fenomeninə çevirib.

Nəslican 18 yaşında, universitet imtahanlarına hazırlaşarkən xərçəngə yoluxub. Şiş səbəbindən sağ ayağı amputasiya edilib. Ancaq buna baxmayaraq, ruhdan düşməyərək, mübarizə əzmi və yaşama həvəsi ilə xərçəng xəstələrinə nümunə olub. Xərçəng olduğu halda universitetdə oxumaq arzusundan vaz keçməyib və psixologiya fakültəsinə daxil olub. O, iki ildir, müalicə prosesini, yaşadıqlarını, keçirdiyi hissləri izləyiciləri ilə bölüşür. Xəstəliyi ilə bağlı son xəbərlər isə təkcə izləyicilərini yox, bütün Türkiyəni kədərləndirib. Vəziyyəti ağırlaşan Nəslihan sentyabrın 15-dən xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilib.

Bu xəbər son günlər Türkiyə mediasının da əsas başlıqlarındandır. Bütün televiziyalar Nəslihanın reanimasiyaya yerləşdirilməzdən əvvəl sosial şəbəkələrdə paylaşdığı son videomüraciətini yayımlayır. "İndi hər şeyin çox gözəl olmasının tam zamanı” deyən gənc qız yaşamaq istədiyini, xəstəliyə yenidən qalib gələcəyinə inandığını deyir: "Xərçəngin məni məğlub edəcəyinə bir gün belə inanmadım. Mən savaşmaq məcburiyyətindəyəm. Bu həyatda qalmaq istəyirəm, yaşamaq istəyirəm. Bunun üçün nə lazımdırsa edəcəm”.

İndi təkcə bir milyona yaxın izləyicisi yox, bütün Türkiyə onun yenidən ayağa qalxması üçün dua edir. Müalicə olunduğu xəstəxanadansa bildirilib ki, Nəslihanın vəziyyətinin yaxşılaşması üçün əllərindən gələni edirlər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar