Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmamoğlu naxçıvanlıları İstanbuldan qovur - Kütləvi deportasiya

İki gündür ki, Türkiyənin İstanbul şəhərində qanunsuz işləyən Azərbaycan vətəndaşlarının deportasiyasına başlanılıb...

Bu barədə Türkiyədən Naxçıvana deportasiya olunan vətəndaşlar bildirib. Onların sözlərinə görə, illərdir ki, Azərbaycan, xüsusilə, Naxçıvan Muxtar Respublikasından olan on minlərlə insan qardaş ölkədə çalışıb.

Ancaq onlar etiraf edib ki, çalışma izinləri olmasa da indiyədək toxunan olmayıb: “Bilirdilər və göz yumurdular. İndiyə qədər deportasiya etdikləri Türkiyəyə əxlaqsızlıq üçün gələnlər idi. İşləməyə gələnlərə dəymirdilər. Rəis “azərilərə toxunmayın” (Prezident Ərdoğanı nəzərdə tuturlar-red.) dediyi üçün bizə də göz yumurdular. Ancaq vəziyyət dəyişib. Hamının yerini-yurdunu bilirlər. Gecəylə deportasiya edirlər. 2-3 min adamı yaxın günlərdə geri qaytaracaqlar”.

“Hamı bilir ki, Naxçıvanda işsizlikdir. Necə olacaq,bilmirik” deyən Muxtar Respublika sakinləri həyatlarını taleyin axarına buraxdıqlarını bildirib.

Gununsesi.org-un araşdırmasına görə, Türkiyə 5 minə yaxın azərbaycanlıya bu ölkəyə girişi məhdudlaşdırıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar