Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər” – Vidadi Zeynalov

Zeynalovun istirahət mərkəzində işçilərdən başqa ins-cins olmayıb

“Yeni Müsavat” qəzetinin əməkdaşı keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun Şamaxıda yerləşən “Rose Park” restoranında olub.

Bu haqda qəzetin yaydığı reportajda bildirilir ki, istirahət mərkəzində işçilərdən başqa ins-cins olmayıb. “Rose Park”da kottejlərdə qalmağın bir gecəlik qiyməti 80 manatdır. Bu pula səhər yeməyi, tennis, uşaqlar üçün əyləncə yeri daxildir.

İstirahət mərkəzindən Şamaxı rəsədxanası, Pirqulu, yanbayan göllər ovuc içindəki kimi görünürdü. Belə səfalı guşədə yerləşən istirahət mərkəzinin restoranında qiymətlər təəccüblü olsa da, münasib idi. İstər kabablar, içkilər, istər başqa yeməklər və s.

İstirahət mərkəzində olarkən Vidadi Zeynalov orada olmadığından telefon əlaqəsi yaradılıb. O, hazırda Neftçalada tələbə yoldaşının yas mərasimində olduğunu deyib. Onun sözlərinə görə, həmin istirahət mərkəzini icarəyə götürüb: “Amma orada elə bil ki, milçək qovurlar, bir adam gəlmir. Yeri yaxşıdır, amma gələn yoxdur. Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər”.

Vidadi Zeynalov həbsi, sabiq rabitə naziri Əli Abbasov və başqalarının məsuliyyətdən kənarda qalması ilə bağlı suala belə cavab verib: “Qardaş, mən qara dəftəri bağlamışam. Evdə həmişə deyirlər ki, 40 il işlədiyin yerdən danışmırsan, iki il olduğun türmədən hər gün danışırsan. Deyirəm ki, çətin gün həmişə yadda qalır. İndi qanun, məhkəmə belə qərar verdi ki, günahkar mənəm”.

O, hamıya cansağlığı arzulayaraq, yas yerində olduğunu xatırladıb əlavə nəsə danışmaq imkanı olmadığını qeyd edib.

pia.az


Etiket: Vidadi Zeynalov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar