İstanbulda 5 mərtəbəli binada yanğın olub
APA-nın yerli bürosunun xəbərinə görə, binanın birinci mərtəbəsindəki kafenin bacasında meydana gələn yanğın yuxarı mərtəbələrə yayılıb. Sakinlər təxliyə olunub.
Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. Yanğın nəticəsində 5 nəfər tüstüdən zəhərlənib.
Hadisə ilə bağlı araşdırma aparılır.
pia.az