Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlərdən xəbərdarlıq: Təbiətlə bağlı sənədli filmlər izləyicini aldadır

“Təbiəti heç dəyişməmiş kimi göstərirlər və insanların təbii dünyadakı varlığı və təsirləri də nadir hallarda göstərilir”...

Phoebe WESTON
“The Independent” qəzeti, ABŞ, 17 sentyabr 2019-cu il

Alimlər bildirir ki, “Netflix”-in çəkdiyi “Our Planet” adlı serialın 15%-i ətraf mühitlə bağlı təhdidlərə və təbiəti qorumağa həsr olunub. (Netflix)

Araşdırmaçılar xəbərdarlıq edir ki, təbiətlə bağlı sənədli filmlər və seriallar vəhşi yaşamı pozulmamış, insan tərəfindən məhv edilməmiş kimi göstərərək izləyiciyə yanlış məlumat verir.

Devid Attenboronun səsləndirdiyi, BBC-də və “Netflix”-də yayımlanan son 4 sənədli serial alimlər tərəfindən şərh edilib. Akimlər bildiriblər ki, bu cür sənədli filmlər insan fəaliyyətinin təbiətə vurduğu ziyanı tamamilə əks etdirmir.

Araşdırmaçıların məsələ ilə bağlı “People and Nature” junalında yayımladıqları məqalədə deyilir: “Təbiəti heç dəyişməmiş kimi göstərirlər və insanların təbii dünyadakı varlığı və təsirləri də nadir hallarda göstərilir”.

“Oksford”, “Newcastle”, “Kent” və “Bangor” universitetlərindən olan alimlər isə bildirib ki, “Netflix”-in serialı olan “Our Planet”-in (Planetimiz) ssenarisinin 15%-i ətraf mühitlə bağlı təhdidlərə və təbiəti qorumağa həsr edilib. Bu göstərici BBC-nin “Planet Earth II” (Yer planeti 2) və “Dynasties” (Nəsillər) serialları ilə müqayisədə xeyli yüksəkdir. Lakin araşdırmaçılar düşünür ki, bu sənədli serial da təbii dünyanın nə dərəcə təhdid altında olduğunu tam göstərə bilməyib.

“Bangor” Universitetində baş araşdırmaçı olan Culiya Cons məsələyə münasibət bildirib: “Təbiətlə bağlı sənədli film/serial çəkən komandalar kamera bucağını hiyləgərcəsinə qurduğu üçün təbiətə baxanda insana aid hər hansı bir iz tapmaq olmur və bu da izləyicidə yanlış təsəvvür yaradır”.

“Ekranda təbii prosesin mükəmməl şəkildə işlədiyini görən insanlar inanırlar ki, hazırki vəziyyət bioloji müxtəliflik üçün əlverişlidir. Ekranda qorxu yaradan vəhşi görüntülərə ayrılan zaman azaldılsa və bunun əvəzinə, daha çox kənd təsərrüfatı, mədənçilik və nəqliyyat strukturunun hegemoniyası qabardılsa, o zaman təbiət qarşısındakı təhdidlə Qərbin yüksək istehsal həyatı arasındakı əlaqəni daha yaxşı anlamaq olar”.

Digər tərəfdən isə alimlər təbiətlə bağlı sənədli serialların ətraf mühiti nə dərəcədə qoruması məsələsində də fikir ayrılığı yaşayırlar. Əvvəlki araşdırmalarda insanların fərdi həyatlarında dəyişiklik etməyə və təbiəti qorumağa istəkli olduğu irəli sürülmüşdü. Bu, əsasən, siyasi dəyişikliklə də əlaqəli olur. Lakin araşdırmaçılardan biri və “Kent” universitetində doktorluq oxuyan Laura Tomas Volters qeyd edib ki, bu dəyişikliyin baş verdiyi mexanizmləri hələ də başa düşmək olmur.

“Sənədli bir filmdə təbiəti təhdid altında və ya heç dəyişməmiş şəkildə göstərmək insanlara təbiəti qorumaq barədə müxtəlif formalarda təsir edə bilər. Bunu başa düşmək üçün xeyli araşdırma aparmaq lazımdır”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar