Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bako Saakyan dindirilməyə çağırıldı

Ermənistanın Xüsusi İstintaq Xidməti Azərbaycanın işğal altındakı Dağlıq Qarabağda qurulan qondarma rejimin rəhbəri Bako Saakyan 1 mart 2008-ci il hadisələrinə görə dindirilməyə çağırılıb...

Ermənistanın “Joxovurd” qəzeti xəbər verir ki, bununla bağlı Bako Saakyana general-mayor Samvel Karapetyan məktub ünvanlayıb.

Nəşrin yaydığı xəbərdə bildirilib ki, dindirilmə zamanı 1 mart hadisələrində Qarabağdan Yerevana göndərilən silahlar və buna görə ödənilən pullarla bağlı suallar veriləcək.

Qeyd edək ki, 2008-ci il martın 1-də aksiyaların dağıdılması zamanı 10 nəfər ölüb, 230 nəfər xəsarət alıb.

Ermənistanın eks-prezidenti Robert Koçaryan, sabiq Müdafiə naziri Seyran Ohanyan, KTMT-nin eks-sədri Yuri Xaçaturov və Baş nazirin sabiq müavini Armen Qevorkyan bu hadisələrdə ittiham edilib.(oxu.az)

pia.az


Etiket: Bako Saakyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ən çox oxunanalar