Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evinizdə məktəbli var?.. III yazı

Əgər uşaqlar nəyisə bacarmırlarsa bu onların günahı deyil...

Lalə Məhərrəmli yazır....

Ev tapşırıqları

Birinciikinci yazılar

Gəlirik ən çox müzakirə olunan və ən qəliz proseslərdən sayılan “ev tapşırıqları” məsələsinə. İndi mən sizi əmin edə bilərəm ki, bu yazdıqlarıma tam əməl etdikdən sonra bu çətin saydığınız prosesdə böyük dəyişikliklərin şahidi olacaqsınız. Amma həm də əmin olmalıyam ki, bu şərtlərə dəqiq sırası ilə əməl edəcəksiniz, davamlı olacaqsınız, bir neçə cəhddən sonra yorulub prosesi yarım qoymayacaqsınız, elə ilk cəhddən dəyişiklik gözləməyəcək və ruhdan düşməyəcəksiniz.

1. Əvvəla unutmaq olmaz ki, onlar uşaqdırlar. Yeni bilgiləri bizim kimi asan qavraya və yadda saxlaya bilmirlər. Bizə çox asan və aydın görünən mövzu onlara qarışıq və çətin görünə bilər.

2. Hər zaman dediyim kimi, cümlələrinizə diqqət edin. Dəfələrlə şahid olmuşam ki bir çox evdə ana dayanmada, “dərs oxu, ay uşaq, get dərsini elə, a bala axşam oldu”, deyir. Amma bütün bu çımxırmalar heç bir nəticə vermir. Ya münasibət korlanır və mübahisə düşür, ya axşam olur və uşaq yuxulu halda dərs edir, ya da qorxuyla tələsik dərslərin başa vurur. İndi sual verə bilərsiniz. Bəs nə edək? Uşağa dərs oxu deməyək?

Gəlin artıq cümlələrimizi dəyişək. Məsələn: “Bax, balam, bilirəm oynamaq istəyirsən. Amma dərslərini də hazırlamalısan. Əgər rahat olmaq istəyirsənsə əvvəl dərslərini bitir və sonra günün qalan hissəsi bütövlükdə sənindir. İstədiyin qədər əylən. Cəmi 1 saat vaxtını alacaq. Bunun üçün niyə bu qədər narahatçılıq yaransın?”, kimi ifadələrlə uşağı ələ almağa çalışın. Və onunla bərabər dərsə başlayın. Bitirdikdən sonra onu təbrik edin və oyununa davam edə biləcəyini söyləyin.

Bir-iki dəfə bu halda necə rahat olduğunu ona xatırladın. Məsələn: “Bax bunu demək istəyirdim. Sən artıq sabahkı dərsə hazırsan və gör oyun üçün nə qədər vaxtın var”.

Əvvəl bu proses istədiyiniz nəticəni verməyə bilər. Siz səbrli və davamlı olun. O getdikcə uşaq bunu özü dərk edəcək.

3. Düzgün gün rejimi uğurun açarıdır. Mütləq günün planını qurun. Və bunu mütləq uşağın özüylə bərabər edin.Uşaq öz gününün planının yazılmasında iştirak etməlidir. Səhərin planını axşam bərabər yazın.

Məsələn: Günün planı.1. Səhər oyanma vaxtı.2. İdman və səhər yeməyi. 3. Məktəb. 4. Dərsdən evə gəlmə vaxtı. 5. Yemək və yatmaq. 6. Ev tapşırığı. 7. Oyun. 8. Cizgi film saatı. 9. Kitab saatı. (Sadəcə sadə bir nümunə). Planda edilmiş bəndləri mütləq uşaq özü işarələsin.

Dərs çalışma saatını mütləq hər dəfə eyni vaxta qeyd edin. Zaman keçdikcə uşaq özü həmin vaxtın dərs vaxtı olduğuna öyrəşəcək və siz xəbərdarlıq etmədən dərslərini edəcək.(istisna hallar ola bilər) Təbii ki bunun üçün zaman lazımdır. Səbrli olun.

4. Ən əsas məsələ. Əsla qışqırmayın, vurmayın, təhqir etməyin, uşağın qolunu sıxmayın və gərgin səs tonundan istifadə etməyin. Siz bununla heç bir şey əldə etməyəcəksiniz. Daha da işləri korlayacaqsınız.

Unutmayın. Onların sağlığı hər şeydən önəmlidir. Əgər nəyisə bacarmırsa bu onun günahı deyil. Axı o niyə qəsdən sizi əsəbləşdirsin ki? Belə gərgin, qorxu dolu dərs prosesi onun nəyinə lazımdır? Bütün bunları edib sonra da təəccüblə soruşmaq nəyə lazımdır? Uşağım niyə aqressivdir? Niyə dərsə marağı itib? Və s.

Əvvəla məsləhətdir ki, uşaq dərsi özü sərbəst etsin. Yox əgər siz ev tapşırığı bitənə qədər onunla oturursunuzsa mütləq səbrli olmağa çalışın. Əgər hər hansısa sizi narahat edən məqam görsəniz (səliqəsiz xətt, imla səhfi, ləng yazma və s) dərindən nəfəs alın, özünüzü sakitləşdirin, düşünün ki o hələ balacadır, bunlar normaldır, bunu qəsdən etmir, gərginlik yaradaraq sağlığına zərər vururam, vaxt keçdikcə düzəldəcək, biz də uşaq olmuşuq və bu səhfləri etmişik, indi onun yanında tələbkar və əsəbi yox, qayğıkeş və dəstəkləyən anaya ehtiyacı var.

5. Uşağın dərs çalışma məkanı mütləq eyni yer olmalıdır. Əgər uşaq hər dəfə başqa bir yerdə dərslərini edirsə bu işin ciddiliyinə təsir edir və uşaq məsuliyyətdən uzaqlaşır (istisna hallar var).

6. Əgər uşaq israrla bir dərsi etməkdən boyun qaçırırsa, onu tənbeh etmək yerinə səbəbini soruşun. Böyük ehtimal həmin dərsi yaxşı başa düşməyib və ona nə isə qaranlıq qalıb. Bunun üçün də o həmin mövzudan çəkinir. Həmin mövzunu əyləncəli üsullarla və müxtəlif variantlarda izah edin. Sonra siz şagird olun o müəllim. Qoy həmin dərsi sizə öyrətsin. Bu onda öz güvən yaradacaq.

7. Bəzən dərs danışanda onu vdeoya çəkib özünə göstərin. Bu ona maraqlı gələcək və kənardan öz səhflərini görə biləcək.

8. Əsla başqa uşaqla müqayisə etməyin. Bizi başqası ilə müqayisə etsələr əminəm ki, heç birimizin xoşuna gəlməz.

9. Tapşırıqların şərtlərini uşaq özü oxusun. Bilirəm ləng oxuduğu üçün bu sizin əsəblərinizi tarıma çəkir amma unutmayın. O bu halda tapşırığı daha yaxşı qavrayacaq, getdikcə sürətli oxuyacaq və nitqi inkişaf edəcək. Siz də səbr edib bu nəticəni gördüyünüz üçün çox sevinəcəksiniz.

10. Uşaqlarla gündə 15 dəqiqə də olsa yaddaşı və diqqəti gücləndirən məşqlər edin.

Hansı məşqlər daha faydalıdır? Bu haqqda növbəti yazımızda

Lalə Məhərrəmli, pedaqoq
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Yorğunluqdan necə xilas olmaq olar? -Günü sabah başlayın

"İtirməkdən ən çox qorxduğunuz vaxt olsun" -  Gənclərə...

Ən çox oxunanalar