Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-Rusiya ittifaqı Türkiyəyə qarşı: Suriya cəbhəsində yeni düşmənlər peyda olur...

“Suriyadakı İŞİD təhdidi artıq yox olub. Lakin hazırda ən böyük təhdid PKK və onun davamçısı olan PYD-dir”...

Cahit Armağan DİLEK
“Yeniçağ” qəzeti, Türkiyə, 18 sentyabr 2019-cu il

Beşinci Astana zirvəsində Ərdoğan, Putin və Ruhani toplantının arzuolunan səviyyədə keçdiyini desələr də, verdikləri açıqlamalardan hiss olunur ki, razılığa gələ bilməyiblər. Suriyanın ərazi bütünlüyü və siyasi birliyi kimi ifadələr artıq sadəcə formal şəkildə səsləndirilir. Zirvədəki ən konkret açıqlama konstitusiya komitəsinin təsdiqlənməsi məsələsi ilə bağlı olub. Amma bu komitənin iş rejimi, prinsipləri, başlanacağı vaxt və yenidən qurulub qurulmaması kimi problemlər hələ ki, öz həllini tapmayıb.

Ərdoğan: “Suriyadakı İŞİD təhdidi artıq yox olub. Lakin hazırda ən böyük təhdid PKK və onun davamçısı olan PYD-dir. Addımlar da İdlib razılaşmasına uyğun atılacaq. Çünki İdlibdəki hücumlar nəticəsində köç edənlərin sayı çoxalıb”.

Putin də qeyd edib: “Fəratın şərqində İŞİD qruplaşmaları yenidən canlanır. İdlib bizi ən çox narahat edən bölgədir və demək olar, tamamilə Əl-Qaidəyə bağlı olan qrupların əlindədir. Gərginliyi azaltmaq və terror təhdidini aradan qaldırmaq üçün Suriya Ordusuna məhdud hərəkatlarda dəstək göndərəcəyik. Bizim razılaşmalarımız terror təşkilatlarını əhatə etmir”.

“İdlib razılaşmasına dəstək verdik, amma müqavilə işə yaramadı”, deyən Ruhani isə Fəratın şərqində terror dəstələri olduğunu bildirib. Lakin kimləri nəzərdə tutduğunu açıqlamayıb. Düzü, zirvədən əvvəl Suriya BMT-yə göndərdiyi bir məktubda SDG-ni bölücü terror təşkilatı olaraq təsvir etmişdi, amma bu, Putinlə Ruhaninin açıqlamalarında və ümumi bildirişdə bu müddəa öz əksini tapmayıb.

Suriyanın PYD/YPG əvəzinə, SDG deməsi, Ərdoğanın da SDG əvəzinə, PYD/YPG deməsi, Rusiyaİranın bu məsələdə çox danışmaması onu göstərir ki, Türkiyə Rusiyaİrandan lazımi dəstəyi almadığı üçün PYD/YPG-ni təhdid olaraq görür. Bu, həm də bu onu göstərir ki, Fəratın şərqindəki etibarlı bölgəyə də Rusiyaİran tərəfdən dəstək verilmir.

İdlibdə Türkiyə ittiham olunur. Çünki bu dəfə Adana razılaşmasını xatırlatmaq növbəsi Ruhanidəydi. Adana razılaşması Türkiyə-Suriya sərhəd təhlükəsizliyini əsas götürən bir müqavilədir.

Maraqlıdır, Fəratın şərqindəki etibarlı bölgə məsələsində ABŞ da bu cür düşünür. Ona görə də, ABŞ başa düşür ki, 5-6 km dərinlikdə olan bir tampon bölgə ilə Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək olar və Türkiyə bu xəttin cənubuna müdaxilə etməyəcək.

Bu halda Türkiyəyə qarşı ABŞ-ın və Rusiya-İranın mövqeyi arasında heç bir fərq yoxdur. Putin hər nə qədər Türkiyənin təhdidlər qarşısında etibarlı bölgə yaratmasını dəstəkləsə də, o gözləyirdi ki, Türkiyə bunu ABŞ-la yox, təkbaşına edəcək. Çünki Putin ancaq Türkiyənin tək tərəfli etibarlı bölgə yaratmasını dəstəkləyə bilər. Suriya da SDG-ni terrorçu kimi tanıyar və beləliklə, əməliyyat keçirməsi üçün Türkiyə təşviq edilir. Rusiya-ABŞ münasibətləri Suriyada da mükəmməl şəkildə davam edir. Məqsəd odur ki, Türkiyə və ABŞ arasında ixtilaf yaransın.

Rusiya İdlibdə Türkiyənin problemlərini həll etmək yox, sadəcə gözardı etmək istəyir. İdlibdə hədəfinə çatan Rusiya artıq Türkiyənin hərbi sistem almasını da görünməz prinsipə çevirib. Növbədə Su-35 var. ABŞ İraqdakı təcrübəsini sürətli şəkildə Suriyaya tətbiq edir. Türkiyə də israrla dərsini almır və yenə eyni tələyə düşür. Əvvəlcə Türkiyə (2015, iyun), sonra da Rusiya (2017, may) Fəratın Suriyanı bölən təbii sərhəd olması barədə bəyanat yaymışdı. Beləliklə də, ABŞ-ın Fəratın şərqindəki hökmranlığını qəbul etdilər.

Mətbuat konfransında Putinin ABŞ-a qarşı heç bir açıqlama verməməsi və Trampın geri çəkilmə vədinə uyğun hərəkət edəcəyinə üçid etdiyini bildirməsi onu göstərir ki, Suriya üzərində Rusiya-ABŞ razılaşması əldə olunub. Təhlükəsiz bölgə ilə bağlı razılaşma nəticəsində ABŞ, Türkiyə və SDG arasındakı ortaqlığı rəsmiləşdirdi. Bu məsələdə hər nə qədər: “İstədiyimiz olmur, ABŞ YPG üçün təhlükəsiz bölgə yaradır”, deyilsə belə, məsələnin sentyabrın sonuna ertələnməsi də bu durumun bundan sonra tez-tez təkrarlanmasına təkan verəcək.

Bu halda da ehtimal edilir ki, ABŞ-da Tramp-Ərdoğan görüşündə müzakirə olunan təhlükəsiz bölgə böhranı, yəni Türkiyənin keçirməyi planladığı əməliyyatları yenidən təxirə salına bilər. Çünki Ərdoğanın bu səfərində ABŞ-la iqtisadi və ticarət münasibətlərinin yüksəldilməsi ön planda olacaq. İqtidarın seçimi, güman ki, əməliyyatlar yox, iqtisadiyyat olacaq. Onsuz da ABŞ Türkiyəni bu vəziyyətdə tutmağa çalışırdı. ABŞ, həmçinin, İdlibdə Türkiyənin Suriyanı düşmən kimi görməsinə müdaxilə edir və orada lazım gəldikdə, sanki, Türkiyəyə siyasi, hərbi, logistik dəstək verəcəyini nümayiş etdirir. ABŞ İdlibdə Türkiyənin yanında olaraq Fəratın şərqində Türkiyənin səssiz qalmasını tələb edir. Bunu da bu vaxta qədər ən uğurlu şəkildə həyata keçirə bilib.

Suriyada və bölgədə ABŞ-ın planları uğurla həyata keçirilərkən, Rusiya da Putinin liderliyində qalib gəlib. Rusiya silahlarını satmaq üçün Astana platformasından və Türkiyə ilə olan münasibətlərindən yaxşıca istifadə edir. İslam regionundakı toqquşmaların qarşısına almağın yollarını izah edərkən Putin Qurandan da bir ayə gətirərək guya dərs verməyə çalışır. Hətta, məsxərəyə qoymaq üçün İrana və Türkiyəyə satdığı raket sistemlərini xatırladır və səudiyyəlilərin də raketlərdən alaraq təhlükəsiz olacağını deyir. Yəni qalibiyyətdən həzz almağa çalşır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar