Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Yaponiya ilkin razılaşma əldə ediblər

Prezident Donald Tramp Yaponiya rəhbərliyi ilə bir ilə yaxın davam edən danışıqlardan sonra bu ölkə ilə ticarət sazişi bağlamaq planı barədə Konqresə bildiriş göndərib...

Azərtac xəbər verir ki, Tramp Yaponiyanın Baş Naziri Sindzo Abe ilə onun bu ayın sonunda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak üçün Nyu-Yorka səfəri zamanı ticarət sazişi imzalamaq niyyətindədirlər.

“Mən administrasiyamın Yaponiya ilə tarif baryerlərinə münasibətdə ticarət sazişi üzrə ilkin razılaşmalara nail olduğu barədə xəbər verməyə şadam. Yaxın həftələrdə sazişi bağlamaq niyyətindəyəm”, – deyə Trampın Ağ Ev tərəfindən dərc edilən bəyanatında bildirilir. “Mənim administrasiyam ABŞ və Yaponiya arasında daha ədalətli və qarşılıqlı ticarətə gətirəcək hərtərəfli ticarət sazişinin bağlanması barədə Yaponiya ilə bundan sonrakı danışıqlarda Konqreslə əməkdaşlığın davam etdirilməsinə ümidvardır”, – deyə bəyanatda daha sonra bildirilir.

Tramp əlavə edib ki, o, Yaponiya ilə rəqəmsal ticarətə aid icra sazişini də imzalayacaq. ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer bəyan edib ki, ilkin saziş sənaye, kənd təsərrüfatı və rəqəmsal satış sahələrini əhatə edir. Lakin Yaponiya istehsalı olan avtomobil və avtomobillərin ehtiyat hissələri üzərinə qoyulan 2,5 faizlik tarifləri ləğv etmir.

Təklif olunan razılaşma Yaponiya avtomobillərinə və avtomobillərin ehtiyat hissələrinin Birləşmiş Ştatlara ixracatına 25 faizlik tarifin tətbiqi barədə Trampın söhbətlərinə son qoyacaq.

pia.az


Etiket: ABŞ Yaponiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar