Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranla Səudiyyəni bir-birinə qatı düşmən edən nədir?

İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər yenidən pisləşib...

Bu ölkələr çoxdan bir-birlərini düşmən hesab edirlər, amma son vaxtlar vəziyyət daha da gərinləşib. Bəs, niyə?

Səudiyyə Ərəbistanıİran niyə dil tapa bilmirlər?

İki güclü qonşu – Səudiyyə Ərəbistanıİran regionda hegemonluq uğrunda mübarizə aparırlar.

Onilliklərdir davam edən bu qarşıdurmanı dini fikir ayrılıqları daha da sərtləşdirir. Bu iki ölkə islamdakı iki fərqli cərəyanı təmsil edir – İran əsasən şiələrdən ibarətdir, Səudiyyə Ərəbistanı isə sünnilərin lider ölkələrindən biri hesab olunur.

Dini fikir ayrılıqlarının mahiyyəti əhalinin böyük əksəriyyəti sünnilər və şiələr olan Yaxın Şərqin xəritəsində daha aydın görünür. Onlardan çoxu ya Səudiyyə Ərəbistanını, ya da İranı özlərinin mənəvi lideri sayır.

İslam dininin yarandığı Səudiyyə Ərəbistanı tarixən özünü islam dünyasının lideri hesab edib.

Ancaq 1979-cu ildə baş vermiş İran İslam İnqilabı nəticəsində regionda əsas məqsədi bu modeli digər ölkələrə də ixrac etmək olan teokratik dövlət meydana gəlib.

İki ölkə arasındakı münasibətlər son 15 ildə xüsusilə gərginləşib

2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İranın əsas düşmənini – İraq lideri, sünni-ərəb Səddam Hüseyni hakimiyyətdən uzaqlaşdırması bu ölkənin regiondakı nüfuzunun artması və onun təsirini balanslaşdıracaq əks qüvvənin qalmamasıyla nəticələnib.

2011-ci ildə regionda etirazlar dalğası baş verdi, “Ərəb baharı” adı verilmiş proses regionda siyasi sabitliyin pozulmasına səbəb oldu. İranSəudiyyə Ərəbistanı həmin etirazlardan yararlanaraq Suriya, Bəhreyn və Yəmən kimi ölkələrə təsir imkanlarını artırmağa çalışdılar. Bu, ölkələr arasındakı qarşılıqlı etimadsızlığı daha da gücləndirdi.

İranın opponentləri iddia edirlər ki, Tehran regionun aparıcı dövlətinə çevrilərək İrandan Aralıq dənizinə qədər olan əraziyə nəzarəti ələ keçirmək istəyir.

Vəziyyət niyə qəflətən pisləşdi?

İran bir çox parametrlərə görə regional mübarizədə önə çıxdığı üçün starteji qarşıdurma sərtləşir.

Suriyada İranın (və Rusiyanın) dəstəyilə prezident Bəşər Əsəd Səudiyyə Ərəbistanının yardım etdiyi müxalif qüvvələrin böyük qismini məğlub edə bilib.

Səudiyyəlilər ciddi-cəhdlə İranın artan təsirini məhdudlaşdırmağa çalışırlar. Gənc və impulsiv vəliəhd şahzadə Məhəmməd ibn Salamın – ölkənin faktiki liderinin militarist avantürizmi regional gərginliyi daha da artırır.

Hazırda o, Yəməndəki üsyançılarla vuruşur və bunu həm də İranın o ölkəyə ehtimal olunan təsirini yox etmək üçün edir. Artıq üç ildir ki, davam edən bu avantüra çox böyük maliyyə tələb edir.

Bundan başqa, ekspertlərin çoxunun qənaətinə görə, səudiyyəlilər İran tərəfindən dəstəklənən şiə qruplaşması “Hizbullah”ın əsas siyasi fiqur olduğu və silahlı qüvvələrə nəzarət etdiyi Livanda sabitliyi pozmaq üçün bu ölkənin baş nazirini istefaya məcbur edirlər.

Prosesdə xarici oyunçular da var. Donald Tramp administrasiyasının dəstəyi Səudiyyə Ərəbistanını ürəkləndirib, İranı ölümcül təhlükə hesab edən İsrail isə hansısa mənada səudiyyəlilərin İran təsirinə qarşı mübarizəsini dəstəkləyir.

İsrail İranın nəzarət etdiyi suriyalı silahlıların öz sərhədlərinə yaxınlaşacağından ehtiyat edir.

2015-ci ildə İranın nüvə proqramının məhdudlaşdırılmasıyla bağlı beynəlxalq razılaşmaya ən aktiv etiraz edən ölkələr İsrail və Səudiyyə Ərəbistanıydı. Onlar iddia edirdilər ki, tələb olunan tədbirlər kifayət deyil və özünə lazım olan anda İran nüvə silahı istehsal edə biləcək.

Regionda kim kiminlə dostluq edir?

Yaxın Şərqin strateji xəritəsi sünni və şiələrin parçalandığını nümayiş etdirir.

Səudiyyə Ərəbistanının müttəfiqləri arasında bu sünni ölkələr var – BƏƏ, Küveyt, Bəhreyn, Misir və İordaniya.

İranın müttəfiqi isə Suriya hökumətidir. İran tərəfindən dəstəklənən şiə qrupları, o cümlədən, “Hizbullah” təşkilatı əsasən sünni müxalif qüvvələrlə silahlı qarşıdurmada əhəmiyyətli rol oynayıblar.

Əsasən şiələrdən ibarət İraq hökuməti də İranın yaxın müttəfiqidir.

Nə qədər paradoksal olsa da, İraq cihad qruplşaması olan “İslam dövləti”nə qarşı mübarizədə ona yardım edən Vaşinqtonla da yaxın münasibət saxlayır.

Soyuq müharibənin ekvivalenti

Baş verənlər SSRİABŞ arasında uzun illər davam etmiş soyuq müharibənin ekvivalentinə bənzəyir.

İranSəudiyyə Ərəbistanı bir-biriylə müharibə etmir, amma onlar tərəfindən dəstəklənən qüvvələr regiondakı silahlı konfliktlərdə iştirak edirlər.

Növbəti nümunə Suriyadır. Səudiyyə Ərəbistanı İranı Yəməndə Husi qruplaşmasına ballistik raketlər verməkdə ittiham edir. Raketlər Səudiyyə Ərəbistanın ərazisi üzərindən atılmışdı, bu hadisə iki ölkə arasındakı söz müharibəsini daha da alovlandırmışdı.

İranı Səudiyyənin neftini daşıyan gəmilərin keçdiyi Fars körfəzinin strateji baxımdan vacib hissələrində mütəmadi olaraq güc nümayiş etdirməkdə də günahlandırırlar.

Dünya müharibəsi təhlükəsi varmı?

İndiyə qədər Ər-Riyad və Tehran ancaq vasitəçilərin əliylə bir-birinə qarşı vuruşublar. Bu ölkələrdən heç biri digəriylə açıq konfliktə hazır deyil. Ancaq Husilərin paytaxta və ya Səudiyyə Ərəbistanındakı böyük sənaye müəssisəsinə istiqamətlənmiş hücumu bu balansı poza bilər.

Bu hücumlardan sonra Tehran və Ər-Riyad arasındakı qarşıdurmada yeni situasiya yaranıb. Hər iki ölkənin dəniz sərhədinə malik olduğu Fars körfəzində baş vermiş son insidentdəki kimi, gərginliyin artması daha geniş və çoxtərəfli konfliktin yaranmasına gətirib çıxara bilər.

ABŞ və Qərb ölkələri üçün bu körfəzdə naviqasiya imkanı olduqca vacibdir, ona görə də beynəlxalq ticarət üçün böyük əhəmiyyət daşıyan körfəzin bloklanması təhlükəsini yaradacaq istənilən konflikt amerikalı hərbçiləri də cəlb edəcək.

ABŞ və müttəfiqləri İranı çoxdan Yaxın Şərqdə destabilizasiya yaradan ölkə hesab edirlər. Səudiyyə Ərəbistanı isə bu ölkəni getdikcə daha tez-tez ekzistensial təhlükə olaraq görməyə başlayıb və belə görünür ki, vəliəhd şahzadə İranın təsirinin artmasına mane olmaq üçün lazım gələn hər şeyi etməyə hazırdır.

Neft müəssisələrinə hücum Səudiyyə Ərəbistanının bu qarşıdurmadakı zəif tərəfini göstərmiş oldu. Ancaq müharibə başlasa, bu, kimlərinsə planına görə yox, müxtəlif şərtlərin bir araya gəlməsi nəticəsində baş verəcək.

Onu da qeyd etmək lazımdır ki, Tramp administrasiyasının regionla bağlı dəqiq hədəflərinin olmamasından həvəslənən səudiyyəlilər fəallıq göstərirlər və regiondakı gərginlik həm də buna görə artır. (BBC azeri)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar