Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı məmur qalmaqallı fotosuna görə üzr istədi

Məmur fotonu sosial şəbəkədən silib

Rusiyanın Ulyanovsk vilayətinin İT-korporasiyasının rəhbəri Svetlana Openışeva Azərbaycanda "şokolad vannası"ndan paylaşdığı qalmaqallı fotoya görə hər kəsdən üzr istəyib.

PİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, məmur Naftalandakı beşulduzlu otellərin birində müalicə məqsədli şokalad rəngində maye ilə dolu vannadan çəkdirdiyi "selfie"sini sosial şəbəkədəki hesablarından silərək məsələyə aydınlıq gətirib.

"Əziz dostlar. Mənim postuma görə qəzəblənən və ya özünü təhqir olunmuş sayan hər kəsdən üzr istəyirəm. Bir anlıq da olsun kimisə incitmək niyyətində olmamışam, sadəcə olaraq belə alındı ki, kiminsə hisslərinə toxundum və belə olduğu üçün peşmanam. Sadəcə olaraq möhtəşəm Azərbaycan dövlətində bahalı olmayan və möhtəşəm istirahətə diqqəti cəlb etmək istəyirdim, amma görünür uyğun forma seçməmişəm. Bir daha məni bağışlamanızı xahiş edirəm", - deyə Openışeva qeyd edib.

Xatırladaq ki, S. Openışeva sözügedən "selfie"ni instaqram hesabında paylaşaraq "Çox şokolad olmur" şərhini yazmış, sosial şəbəkədə dəbdəbəli həyatını nümayiş etdirdiyinə görə tənqid olunmuşdu.

Baş vermiş qalmaqal fonunda Ulyanovsk qubernatoru Sergey Morozov açıqlama verərək Openışeva barəsində xidməti araşdırma aparmağa dair tapşırıq verdiyini, onun işdən çıxarıla biləcəyini bəyan etmişdi.

pia.az


Etiket: məmur selfi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar