Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Nazir: “Cəfər Cabbarlının Ev Muzeyi ilə bağlı problem tezliklə həllini tapacaq”

"Cəfər Cabbarlının Ev Muzeyi ətrafında yaranan problemlər tezliklə həllini tapacaq"...

Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev Şuşa Dövlət Musiqili Dram Teatrında yeni teatr mövsümünün açılışı ilə əlaqədar olaraq, keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Cəfər Cabbarlının hazırkı ünvanda yerləşən ev muzeyi ilə bağlı müəyyən işlər görülür: "Təbii ki, bu məsələ də tezliklə öz həllini tapacaq. Cəfər Cabbarlının yubileyi ilə əlaqədar ölkənin müxtəlif teatrlarında əsərləri səhnələşdirilib. Onun əsərləri bundan sonra da yeni tərtibat və müasir formada təqdim olunacaq. Biz bunu səbirsizliklə gözləyirik. Hələ ki onun ev muzeyində görülən işlərlə məşğuluq".

Ə.Qarayev deyib ki, Mədəniyyət Nazirliyi tərəfindən Cəlil Məmmədquluzadənin yubileyi ilə əlaqədar silsilə layihələr həyata keçiriləcək: "Teatrlar silsilə layihələrlə tamaşaçıların qarşısına tam yeni formatda çıxacaq. Ədibin klassik əsərləri üzərində qurulan tamaşalar tam yeni tərtibat və müasir formada təqdim olunacaq".

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci ilin dekabrın 18-də Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin, 2019-cu ilin yanvarın 17-də isə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamlar imzalayıb.(report)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar