Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəşfiyyatçının “WhatsApp” və “Telegram” xəbərdarlığı

Keçmişdə Amerikanın kəşfiyyatçısı olan Edvard Snouden, məmurlara və hökumət üzvlərinə “WhatsApp” və “Telegram” dan istifadə etməməyi tövsiyə edir...

Edvard Snouden bu barədə Fransanın “France Inter” radiostansiyasına verdiyi müsahibədə bildirib ki, nazirlərin “WhatsApp” dan istifadə etmələri “böyük səhvdir”.

Qeyd edək ki, Fransanın baş naziri Eduard Filipp və prezidenti Emmanuel Makron da bu sosial şəbəkələrdən istifadə edirlər. Snouden bir daha xatırladır ki, 2014-cü ildə “Facebook Inc” tətbiqin sahibi oldu.

“Onlar mərhələ-mərhələ təhlükəsizliyi zəiflədirlər”, – deyə mütəxəssis bildirib. Onun sözlərinə görə, şirkət istəsə istifadəçilərin telefon danışıqlarının və mesajlarının məzmununu öyrənə bilər.

“Əgər siz baş nazirsinizsə, bu proqramların hər ikisi təhlükəlidir”.

Edvard Snouden alternativ olaraq “Signal” və “Wire” tətbiqlərindən istifadə etməyi təklif edir.

Xatırladaq ki, Snouden “Washington Post” və “Guardian” qəzetlərinə 2013-cü ildə amerikan və ingilis kəşfiyyat orqanlarının gizli izləmə proqramların təhvil verdikdən sonra Hong-Konga, oradan isə Moskvaya uçub gəlmişdir və burada bir müddət Sheremetyevo hava limanının tranzit zonasında qalıb.

Rusiya onun ABŞ-a qarşı olan fəaliyyətini dayandırması şərti ilə bir illik müddətinə müvəqqəti sığınacaq verdi. Daha sonra isə kəşfiyyatçı rəsmi olaraq ölkədə yaşamaq hüququnu almışdır.

pia.az


Etiket: Snouden


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar