Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Ağ Evi gizlicə dinləyir? - Vaşinqtonda Netanyahu böhranı…

İsraildə bu gün prezident seçkiləri keçirilir. ABŞ prezidenti Tramp Netanyahunun seçilib, hökümət qurmasını gözləyir…

Abdullah MURADOĞLU
“Yeni Şafak” qəzeti, Türkiyə, 17 sentyabr 2019-cu il

Yeri gəlmişkən, Netanyahu işğal altında olan Fələstin torpaqları ilə bağlı ilhaq xəritəsini genişləndirib. Tramp bir tərəfdən İranla ABŞ arasındakı gərginliyi artırıb, digər tərəfdən də İsraillə “qarşılıqlı müdafiə razılaşması” edəcəyini elan edərək Netanyahunun güclənməsinə şərait yaradır.

Tramp bu ayın axırı BMT zirvə görüşündə İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Bu da Netanyahunu çox narahat edir. Səudiyyə Ərəbistanınındakı bəzi neft təsisatları Yəməndəki Husi qüvvələri tərəfindən vurulduqdan sonra Trampın ad çəkmədən İranı hədəf göstərməsi, görünür, İsraili sakitləşdirmək üçün edilmişdi. Tramp verdiyi açıqlamada bildirirb ki, ABŞ buna cavab verməyə hazırdır və hücumçuların kim olduğunu bilsə də, Səudiyyədən konkret bir açıqlama gözləyir. ABŞ Xarici İşlər naziri Pompeo isə hücumları İranın törətdiyini iddia edib. Tramp da Ruhani ilə görüməsi barədə çıxan xəbərlərin yalan olduğunu deyərək hər kəsi təəccübləndirib.

Xəbər verdiyimiz kimi, Tramp keçən həftə İsrail tərəfdarı olan Milli Təhlükəsizlik müşaviri Con Boltonu vəzifəsindən uzaqlaşdırıb. Bolton Trampın İranla müzakirələr aparmasına şiddətlə qarşı çıxırdı. Bolton qovulandan 1 gün əvvəl Ağ Evdə keçirilən toplantıda gündəmdə olan məsələlərdən biri də İrana qarşı qoyulan iqtisadi sanksiyaların yüngülləşdirilməsi məsələsi idi. Maliyyə naziri Stiven Mnakin də İranla müzakirəni dəstəkləyib, lakin Bolton buna etiraz edib. Təbii olaraq Boltonla yanaşı, “Respublikaçı şahinlər” və İsrail tərəfdaşı olan neocon quruluşlar da İranla danışıqlar aparmağı “Obama üsulu” adlandırır və Trampın Ruhani ilə görüşməsinə mane olmaq istəyirlər. Netanyahu isə bu günlərdə Trampın dəstəyinə çox ehtiyac duyduğu üçün bu məsələyə qarışmır.

Netanyahu səsvermədə önə çıxmaq üçün seçkilərdən bir neçə gün sonra Trampın “İsrail-Fələstin Sülh Planı”nı elan edəcəyini bildirib. İsrail tərəfdaşı olan “Avropa Liderlik Şəbəkəsi” (ELNET) qrupunun Nyu-Yorkda təşkil etdiyi bir tədbirdə iştirak edən ABŞ-ın Orta Şərq üzrə Xüsusi Nümayəndəsi Ceyson Qrinblet də vurğulayıb ki, planın seçkilərdən dərhal sonra açıqlanması barədə bir qərar verilməyib. Qrinblet bildirib ki, bu sülh planı Netanyahunun hökümət qurmasından sonraya qala bilər.

Qeyd edək ki, Netanyahunun ilhaq xəritəsini dəstəkləyən Qrinbletin 5 sentyabrda Xüsusi Nümayəndəlik vəzifəsindən istefa verdiyi bildirilmişdi. Qrinblet açıqlama verib ki, əgər sülh planı yaxın zamanda elann edilsə, Ağ Evdə qalmağa davam edə bilər. Hətta Qrinblet planın gedişatına bağlı olaraq vəzifə müddətinin uzana biləcəyini də qeyd edib.

Vaşinqtonda gedən bir digər müzakirələrdə ortaya atılan iddialardan biri də İsrailin Ağ Evi gizlicə dinləməsidir. Netanyahu hər zaman olduğu kimi Amerikanın kəşfiyyat qaynaqlarına əsaslanan bu xəbəri inkar edib. Tramp isə İsrailin belə bir şey etdiyinə inanmadığını deyərək məsələnin üstündən keçib.

ABŞ-la Çin arasında hələ də ticarət müharibələri davam edərkən, İsrailin Çin məhsullarına investisiyalar qoyması da Vaşinqtonda normal qarşılanmır. Tramp adminstrasiyası İsrailin Çinə qoyduğu investisiyalardan imtina etməsini tələb edir. Trampı “tarixin ən çox İsrail tərəfdaşı olan ABŞ prezidenti” kimi qarşılayan Netanyahunun Çin siyasəti sual altındadır. Lakin ABŞ-ın da İsraili bu işdən uzaqlaşdırmaq üçün nələr edəcəyi hələ məlum deyil. Halbuki ABŞ-ın Orta Şərq siyasəti İsrailin qazanclarından asılı vəziyyətdədir. ABŞ hal-hazırda İsrailə hər il 4 milyard dollarlıq hərbi yardım göstərir. Hətta ABŞ Senatı iki partiyalı sülh planı ilə 10 il ərzində İsrailə 38 milyard dollarlıq yardım paketi göndərməyi təsdiqləmişdi.

Xatırladaq ki, Rusiyadan S-400 raketləri aldığı üçün Türkiyəyə sanksiyalar tətbiq edilməsini təklif edən Konqres İsrailin Çinlə olan ticarət münasibətləri qarşısında səssiz qaldı.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar