Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimlərin etdiyi biabırçılıq - Foto

Dünən Azərbaycanda yeni tədris ilinin ilk dərs günü idi...

1 525 016 şagird təhsil müəssilərinə dərsə getdi və təbii ki, onları öz müəllimləri qarşıladı.
Dünən dərsə gedən şagirdlərin bir çoxu gül buketləri də aparmışdılar, sevimli müəllimlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik etmək üçün...

Və həmin buketlər müəllimlərə verildi...

Amma təəssüf ki, şagirdlərinin gətirdiyi gül buketlərinə ağız büzən müəllimlər də oldu... Və elə bu səbəbədən də hövsələsizlik edib onlara təqdim olunan gül dəstələrini zibil qutularına tulladılar...

Halbuki, ən azı nəzakət xatirinə həmin buketləri evə apara, sonra heç kim görmədən ata bilərdilər... Amma bəziləri bunu etmədilər... Buketləri elə məktəbin yanındakı zibil qutusuna atdılar... Həm də hamının görə biləcəyi şəkildə, nümayişkaranə...

Yəqin ki, bəzi “pedaqoqlar” anlamadılar ki, hər valideyn üçün gül almaq asan məsələ deyil. Ən azı, bunu düşünməli və belə etməməliydilər...

Sosial şəbəkədə paylaşılan bu şəkil müəllimlərin qınağa tuş gəlməsinə səbəb olub, onların adına xoşagəlməz söz gətirib... Təəssüf...

Bütün hallarda güllərin yeri zibil qutusu deyil...(modern.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar