Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Erkən nikah uşaqların fiziki və ruhi sağlamlığını risk altında qoyur”

“Qız uşaqlarının yetkinləşmədən evlənmələri onları depresiyaya uğrada bilər. Bədənin yetkinlik yaşına gəlmədən cinsi əlaqə yaşamaq onların bədənlərində bir çox xəstəliklərə səbəb ola bilər. Hamiləlik dövründə isə yetkinləşməyən qızlar və uşaqları 50 faiz ölüm riski ilə üzləşirlər”...

Bunu Amerikanın Səsinə müsahibədə qadın hüquqları fəalı və gender üzrə tədqiqat aparan Sevil Süleymani deyib.

Hamiləlik dövründə isə yetkinləşməyən qızlar və uşaqları 50 faiz ölüm riski ilə üzləşirlər.

İran Azərbaycanında uşaq nikahı problemini şərh edən Süıleymani bu halın əsasən üç səbəbdən qaynaqlandığını deyir: Yoxsulluq, sosial siniflərin arasında ifrat bərabərsizlik və qız uşaqlarının nikahına cəmiyyətdə yanlış yanaşma.

Süleymaninin fikrincə, ölkə iqtisadiyyatının pisləşməsi fonunda bəzi ailələr qızlarını ərə verməklə xərclərinin azaltmağa və yaxud bir varlı ailə ilə qohum olaraq yardım ala bilmələrini təmin etməyə can atırlar.

İran Azərbaycanının vilayətlərində uşaq nikahlarının sayı narahatedici templə artır. Bir il ərzində təkcə Ərdəbil vilayətində 10-14 yaşında 4400 qız uşağı ərə verilib. Zəncan valiliyinin Sosial və Mədəniyyət İşləri Baş direktoru İranda illik 36,000 evliliyin 14 yaşdan az uşaqlara aid olduğunu açıqlayıb. Zəncan vilayətində ildə 14 yaşından kiçik uşaqların nikahının sayı 1400-ə qədər yüksəlib.

İranda şəriət qanunları ən erkən yaşlarda nikaha icazə verir

Ərdəbil vilayətinin Sağlamlıq və Rifah idarəsinin baş direktoru vilayətdə azyaşlı qızların ərə verilməsinin geniş yayılması haqda xəbərdarlıq verərək bu prosesin qarşısının alınmasını və dayandırılmasını istəyib.

"Bu fenomenin mənfi psixoloji, fiziki və sosial təsirləri var. Onun artan tendensiyası davam edərsə gələcəkdə cəmiyyətdə çox mənfi fəsadlara səbəb olacaq," o deyib.

O, həmçinin bu evliliklərin daha çox modernləşməyən və kültür baxımından geri qalan bölgələrdə qızın namus kimi hesab edildiyi və bu namusu qorumaq üçün ərə verilməsinin zəruriliyini düşünən ailələrdə baş verdiyini bildirib.

Sevil Süleymani hesab edir ki, statistikaya görə uşaq evliliyinin İran Azərbaycanı vilayətlərində daha çox müşahidə olmasının digər səbəbi bu bölgələrdə evliliklərin daha çox qeydiyyatdan keçməsidir.

"Bu, o demək deyil ki İranın başqa bölgələrində bu hadisə baş vermir. Sadəcə İran Azərbaycanında evlilikləri qeydiyyata almaq yayğın olduğu üçün belə evliliklərin sayının çox olduğu müşahidə olunur. Təbriz, Zəncan və Ərdəbil kimi şəhərlərdə qızı siğə ilə ərə verməzlər - ona görə, kəbin kəsilir və evlilik rəsmi qeydiyyata keçir. Başqa vilayətlərdə bir çox evlilik belə sənədlərdə qeyd olunmur," o bildirir.

Təhsil sistemi və dövlətin kəskin qərarlar qəbul etməsi uşaq evliliyinin azaldılmasına və zamanla cəmiyyətdən silinməsinə zəmin yarada bilər.
Qadın hüquqları fəalı uşaq evliliyi mövzüsünda şəriətin nisbətən az rol aldığını qeyd edir. Onun fikrincə, bir cəmiyyətdə uşaq nikahının azalması dövlətin kəskin qanunlar qəbul etməsi və təhsil ilə əlaqədardır. Süleymani hesab edir ki, şəriət uşaq evliliyində əsas səbəb deyil və sadəcə şəriətin qanunlarından bunu həyata keçirmək üçün istifadə olunur.
“Təhsil sistemi və dövlətin kəskin qərarlar qəbul etməsi uşaq evliliyinin azaldılmasına və zamanla cəmiyyətdən silinməsinə zəmin yarada bilər,” o deyir.

UNISEF-in tərifinə əsasən, uşaq nikahı 18 yaşına çatmamış şəxslə bağlanmış nikaha deyilir.

1989-cu Il 20 noyabrda BMT tərəfindən qəbul edilən Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasına görə 18 yaşı tamam olmayan şəxs uşaq sayılır və həmin konvensiyaya görə uşaqların evlənməsi qadağandır.

pia.az


Etiket: Erkən nikah


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar