Şənbə, 19 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Qırğız və tacik sərhədçiləri arasında atışma olub

Ölən və yaralananalar var

Qırğızıstan və Tacikistan hərbçiləri arasında sərhəddə atışma baş verib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, atışma nəticəsində səkkiz nəfər yaralanıb.

Qırğızıstan Səhiyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, yaralılardan 6-sı uşaq olmaqla yerli sakinlərdir. İki qırğız sərhədçisinin də ağır yaralandığı qeyd edilib.

Qırğız tərəfdən hadisə yerinə gələn dörd təcili tibbi yardım briqadası tərəfindən yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Bazar ertəsi Qırğızıstan Dövlət Sərhəd Xidməti atışma zamanı qırğız sərhədçilərinin öldüyünü açıqlayıb.

Bişkekdən verilən məlumata görə, münaqişəyə səbəb tacik tərəfinin mübahisəli ərazidə obyektin inşası olub. Sərhəddəki vəziyyət artıq iki ölkənin xarici işlər nazirləri tərəfindən müzakirə olunub.

Qırğızıstan Xarici İşlər Nazirliyinin başçısı Çingiz Aidarbekov həmsöhbətinə tacik əsgərləri tərəfindən atışma zamanı minaatanlardan istifadə barədə məlumat verib. Nazirin sözlərinə görə, qırğız vətəndaşlarından birinin evi atəşə məruz qalıb.

Hazırda hadisə yerinə iki dövlətin hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə yerli hakimiyyət nümayəndələri gəlib.

Tacikistan tərəfinin dediyinə görə, atışma zamanı bir neçə Tacikistan vətəndaşı yaralanıb, onların dəqiq sayı dəqiqləşdirilir.

Qeyd edək ki, adıçəkilən iki ölkə arasında sərhədin uzunluğu 970 km-dir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar