Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövləti sarsıdan məhkəmələr

“Yeni Yasamal” MTK-nın işi – Ramiz Rzayevə açıq məktub

Hörmətli Ramiz müəllim!

Sizə açıq məktub başlığının önündə – Dövləti sarsıdan məhkəmələr fikrimə münasibətinizi formalaşdırmazdan əvvəl yazdığımız müraciəti sona qədər oxumağınızı və yekun qərarımızı istinad etdiyim faktları nəzərdən keçirdikdən sonar verməyinizi xahiş edirəm.

Prosesə – Hadisəyə qısa nəzər

İş üzrə zərərçəkən “Yeni – Yasamal” MTK öz nizamnaməsinə və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15.09.2005-ci il tarixli 247 saylı sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M. Xiyabani 5 ünvanda çoxmərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olub. Bu məqsədlə zərərçəkən ilə cavabdeh Əhmədov Məsud Nadir oölu arasında 01.03.2007-ci il tarixdə podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əlavə 25.12.2008-ci il tarixli yeni podrat müqaviləsi razılaşdırılmışdır. Müqavilənin şərtlərinə görə, M. Əhmədov Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M. Xiyabani 5 ünvanda 16 mərtəbəli yaşayış binasının əsaslı tikintisini öz riski hesabına yerinə yetirməyi öhdəsinə götürmüş və həmin öhdəliyin ilkin və əlavə müqavilələrlə tam icrası nəzərdə tutulub. Əhmədov Məsud isə müqavilə şərtlərinə əməl etməyib, onun yerinə yetirdiyi işin – tikinti sahəsinin həcmi 3.161 kv. metr olduğu halda, zərərçəkəndən götürüb satdığı sahələrin cəmi həcmi isə 8.667 kv. metr təşkil etməklə öhdəlik üzrə görüləsi işlərin dəyərindən xeyli artıq barter sahəsi xərcləyib. Beləliklə Əhmədov Məsud cəmi 5506 kv.m tikinti sahəsini əlavə öz mənafeyinə istifadə etmişdir. Tikintinin tam başa çatdırılması üçün podratçıya verilməli olan 16.234.63 kv. metr yaşayış sahəsindən 8.667 kv. m yaşayış sahəsinin cavabdeh tərəfindən barter edilməsinə baxmayaraq, faktiki olaraq cavabdehin uerinə yetirdiyi işin tikin sahəsi ilə dəyəri 3.161 kv. metrtəşkil etmişdir. Deməli gördüyü işin həcmindən xeyli artıq 5506 kv. m. tikinti sahəsini mənimsəyən Məsud Əhmədov tikinti şirkətini çətin durumda buraxmış və işin aidiyyatı qurumlar tərəfindən araşdırılması şərtə çevrilmişdir. Bununla bağlı AR Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində CPM-nin 178.3.2 (179.3.2)-ci maddəsi ilə ittiham elan olunaraq Məsud Əhmədovun əməllərinə hüquqi qiymət verilməsinə başlanılmışdır. Bundan əlavə AR 1 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinin 28.01.2014-cü il (iş №2- “81”51/2014) tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16 iyul 2015-ci il (İş №2(001)- 4987/2015) tarixli qətnaməsi ilə (sədrlik edən Hüseyn Akif oğlu Səfərov) Əhmədov Məsud Nadir oğlunun müqavilələri pozaraq və şərtlərə əməl etməyərək gördüyü işlərin dəyərini aşan və tikinti sahələri olan №3, 4, 5, 10, 12, 22, 27, 30, 35, 45, 54, 63, 67, 70, 86, 87, 90, 91, 95, 98, 100, 104, 114, 117, 119, 127, 130, 138, 150, 165, 195, 197, 216, 226, 227, 234, 235 mənzillərin və cəmi 439 kv. m. qeyri yaşayış sahələrinin (206 kv.m. qeyri yaşayış sahəsi + 130 kv. metr qeyri – yaşayış sahəsi + 1033 kv. m. qeyri-yaşayış sahəsi ) dəyəri kimi tikintiyə istifadə etmədiyi 2.635.469 ABŞ dolları məbləğində pul ödəmə günü Azərbaycan manatına məzənnə ilə cavabdehdən (Əhmədov Məsud Nadir oğlu) alınıb zərərçəkən – “Yeni – Yasamal” MTK –ya verilməsi qət edilmişdir.

Proseslərin qanuna əsaslanan gedişini və dəymiş zərərin ödənilməsi mexanizminin həyata keçirtmək gündəmə gəldiyi bir vaxtda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri (sədrlik edən Eldar İsmayılov) bizə məlum olmayan, lakin “qanun – ədalət mühakiməçilərinə” məlum olan səbəblərdən Əhmədov Məsudun əməllərində cinayət tərkibi olmadığı qənaətinə gələrək ona bəraət hökmü verməklə Bakı İnzibati – İqtisad Məhkəməsinin və Binəqədi rayon Məhkəməsinin qərarlarını əsassız saymışlar. Təəssüflər olsun ki, Bakı Apellyasiya Məhkəməsi də bizə məlum olmayan maraqlara əsaslanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin yağlı və var-dövlət iyi verən qətnaməsinə hüquqi don geyindirməklə şəxsi maraqlarına söykənərək qanunsuzluğun müdafiəçisinə çevrilmişlər. Nəticədə faktlar arxa plana keçməklə “Yeni Yasamal” MTK-nın rəhbərliyi – Alişov Cahangirin tələbləri rədd edilməklə Əhmədov Məsudun qazancına –yəni oğurlanan pullara tamah salınaraq qanunlar pozulmaqda davam edir.

Hörmətli Ramiz müəllim!

Hər bir vətəndaşın məhkəmələrin qanunsuz qərarlarından şikayətin son ünvanı sayılan Ali Məhkəməyə müraciət edən Cahangir Alışov, Sizin rəhbərliyiniz altında çalışan ali orqandan ədalətin bərqərar ediləcəyini təmin edən qərar gözləməkdədir. Alışovun müdafiəçisi redaksiyamıza gəlib, Ali Məhkəməyə kassasiya şikayəti verməsini və baş verənlərə, əldə olan faktlara ədalətlə baxılacağına dair bizə ünvanlanan sorğuları cavabsız qoymadıq. Və ən birinci cavabımız bu oldu ki, Ramiz müəllimin rəhbərlik etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi cənab Prezidentin tapşırıq və tövsiyyələrinə biganə qalmaz və ədalət, humanizm prinsiplərini rəhbər tutacaq, vətəndaşımızı çarəsiz durumda buraxıb onu Avropa Məhkəmələrinə üz tutmağa məhkum etməyəcək. Həm də ölkə mediasını şoka salan bu proseslərin səbəbkarı olan hakimlərimizə, ədalət prinsiplərini, qanunlarımızı tapdalamağa, şəxsi maraqların təminatı hesabına cinayətkara bəraət verilməsinin acı sonluqla bitəcəyini aşılayacaq. Biz Cahangir Alışovun müdafiəçisinə bu cür cavab verməyi özümüzə borc bildik. Əslində bu borcun hər bir dövlət dövlət orqanının – Ali Məhkəmə rəhbərliyinin belə bir borcu olduğunu yaxşı anlayaraq çəkinmədən, şübhə yeri qoymadan sözə çevirdik. Sizin də eyni cavab verəcəyinizi nəzərə alıb götürdüyümüz öhdəlikdə heç bir qanunsuz tələb yoxdur və bir media orqanı olaraq həqiqətin – ədalətin bərqərar ediləcəyinə güvənirik.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar