Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elgizi tənqid atəşinə tutdu: "Cahil, atgöz..."

Məlahət Abbasovadan Yağmura dəstək

Əməkdar artist Məlahət Abbasova Türkiyədə "Yemin" serialında rol alan aktrisa Yağmur Şahbazovaya dəstək olub.

Axşam.az xəbər verir ki, aktrisa aparıcı Elgiz Əkbərin Yağmurun ünvanına yazdığı tənqidlərə əsəbiləşib. O, Elgizin dediyi "Türklər bizim aktrisaları süpürgəçi, cibgir, ağlıyan və vətəninə getmək istəməyən qızcığac rolunda çəkir" sözlərini tənqid edib:

"İlk başda "Kanal 7"də yayımlanan "Yemin" serialının baş rollardan biri olan azərbaycanlı qız Narin rolunu oynayan istedadlı aktrisa Yağmur Şahbazovanı təbrik edirəm. Kanalın yüzlərlə qızın içindən seçdiyi Yağmurun İstanbula gəldiyi gündəndən yanında oldum. Onun istedadı, məsumiyyəti, özünü layiqli aparması "Kanal 7" rəhbərliyi başda olmaqla, bütün çəkiliş qrupu və aktyorlar tərəfindən sevilməsi, məni qürurlandırır. Oynadığı Narin rolu hamı tərəfindən sevildi. Amma heyif ki, vətəndən uzaqlarda yaradıcılığı davam etdirən, oynadığı baş rolun öhdəsindən gəlməyə çalışan, sadəcə, öz işi ilə məşğul olan qızımızın obrazının necə olduğunu bilmədən, "ağzı var" deyə boş-boş danışan bəzi dırnaqarası sənət məsləkdaşlarımız var. Öz fikirlərini söyləmədən öncə bir az araşdırma etmələrini məsləhət görürəm. Sənətə, xüsusilə də oynanılan rollara at gözü ilə baxmamalarını, cahil rəy bildirməmələrini tövsiyə edirəm.

Yağmurun oynadığı rol nə süpürgəçi, nə qulluqçu, nə də cibgirdir. Bilmədən yazmaq gülüncdür. Aktyorları oynadığı rollara görə qınamaq cahillikdir. Bunu bir məsləkdaşımız edirsə, bu, faciədir. Bu gün Azərbaycan filmlərində, tamaşalarında süpürgəçi, qulluqçu, evdar qadın, cibgir, sərxoş, oğru, bazarkom və digər mənfi xarakterləri oynayan çox məşhur sənətçilərimiz var. Bu, onları təhqir etməkdir, "niyə belə rollar oynayırsız" deyə sual versəniz, onlar da sizə cavabını verə bilməyəcəyiniz suallar ünvanlayar".

Yağmur isə M.Abbasovanın paylaşımına "Dəstəyiniz üçün sonsuz təşəkkürlər. Gözəl görən gözləriniz var olsun. Hər şeyi olduğu kimi açıqladınız" sözləri ilə reaksiya verib.

Əməkdar artist Sənubər İsgəndərli də Yağmura dəstək olaraq, M.Abbasovanın sözlərini təsdiqləyib.

Qeyd edək ki, Elgiz Türkiyədə aktyorlarımıza dəyər verilmədiyini, onların aşağı səviyyəli obrazlara çəkildiklərini tənqid edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar