Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

 Ramiz Mehdiyev  Qorbaçovdan yazdı: “Azərbaycan xalqının maraqlarını alçaqcasına satdı” 

Prezident Adminstrasiyasının rəhnəri Ramiz Mehdiyev SSRİnin ilk və son prezidentini sərt tənqid edib...

Ramiz Mehdiyev sabiq prezidenti sərt tənqid etdi: "Azərbaycan xalqını öz şəxsi əlaqələrinin xeyrinə satdı”

"Mixail Qorbaçov Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin əsas təşəbbüskarlarından biridir. Anlaşılmaz səbəblər üzündən, yaxud bilərəkdən tutduğu müşahidəçi rolu onu bu faciənin başlıca faktoruna çevirdi”.


Bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı yazdığı "Ermənistan Vətəndaş Cəmiyyəti kontekstində ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan iri həcmli məqaləsində qeyd edib.

R. Mehdiyevin sözlərinə görə, məhz SSRİ-nin ilk və sonuncu prezidentinin münaqişə ilə bağlı tutduğu mövqe Sovet İttifaqının süqutuna gətirib çıxardı: "Məhz Qorbaçov tərəfindən təkcə Azərbaycan xalqının deyil, sovet vətəndaşlarının idealları və maraqları alçaqcasına satıldı. Bunu necə izah etməli? Onun vəziyyəti anlaya bilməməsi ilə, yoxsa əksinə, kimlərsə tərəfindən ölkənin dağıdılması üçün hazırlanmış planın ardıcıl və ciddi icraçısı olması ilə? Bu suala artıq tarix cavab verib. Qorbaçov SSRİ Konstitusiyasını kobud şəkildə pozaraq qəbul etdiyi qərarları ilə Dağlıq Qarabağ münaqişəsini açıq şəkildə dərinləşdirirdi”.

Akademik yazır ki, bu, prezident boşboğazlığının yumşalda bilməyəcəyi irimiqyaslı faciə idi: "Hay-küyçü "yenidənqurma” şüarı altında bir respublikanın tarixi və siyasi sərhədlərinə digərinin maraqları naminə ağılsızcasına yenidən baxmaq kultu, Ermənistan rəhbəri Dəmirçiyanın rəhbərliyi altında separatçıların azadlıq və müstəqillik haqqında yalançı və ikiüzlü bəyannamələri siyasi suverenliyin və tarixi ədalətin əsas prinsiplərinin üstünə kölgə saldı”.

Ramiz Mehdiyevin sözlərinə görə, baş verənlər şəraitlə üst-üstə düşərək, Dağlıq Qarabağ adlı bir dalanı formalaşdırdı.

Akademik yazır ki, o vaxtkı SSRİ rəhbərliyinin və şəxsən Mixail Qorbaçovun təqsiri üzündən münaqişənin başlanğıcında ədalətli həllə imkan verəcək siyasi xətti seçmək imkanı əldən buraxıldı:

"Problemin həllinin açarını tapmaq üçün ermənilərin Cənubi Qafqaza, xüsusi ilə Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağa köçürülməsinin tarixini bilmək lazım idi. Bunlarla yanaşı, siyasi və dövlətçi müdrilkik olmalı idi. Qorbaçovda bunların heç biri yox idi. Məhdud düşüncəyə və erməni köməkçilərinin hipnozu altında olan Qorbaçov Azərbaycan xalqını öz şəxsi əlaqələrinin xeyrinə satdı”.

R. Mehdiyev vurğulayır ki, əgər həmin vaxt Heydər Əliyev SSRİ rəhbərliyində olsa idi, Dağlıq Qarabağ müharibəsi də baş verməzdi: "Siyasi Büroda Heydər Əliyev olsaydı, Qarabağ problemi də olmayacaqdı. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri əvvələr də olmuşdu. Amma Heydər Əliyev erməni rəhbərliyinin bu cəhdlərinin qarşısını qətiyyətlə almışdı”. (Strateq.az)

pia.az




Etiket: Ramiz Mehdiyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar