Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Snouden Fransadan sığınacaq istəyir

ABŞ Milli Kəşfiyyat Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden Fransa Prezidenti Emmanuel Makronu ona sığınacaq verməyə çağırır...

Memuar dərc etməyə hazırlaşan Snouden 2013-cü ildən Rusiyada yaşayır. O, ABŞ kəşfiyyat agentliklərinin gizli nəzarət proqramlarını açıqlayandan sonra bu ölkəyə sığınıb.

Sentyabrın 16-da Fransanın “Inter” radiosuna müsahibəsində o deyib ki, “informasiya sızdıranları qorumaq düşmən hərəkəti deyil” və o, Fransada qorunma statusu almaq hüququ olduğunu hiss edir.

Snouden 2013-cü ildə, Fransua Ollandın prezidentliyi dövründə Fransada sığınacaq üçün müraciət edib, ala bilməyib. O, bir sıra digər ölkələrdən də sığınacaq istəyib.

Snoudenin memuarı sentyabrın 17-də Fransa daxil olmaqla 20-dək ölkədə çıxmalıdır.

Fransanın prezident idarəsi məsələni şərh etməyib.

Ədliyyə naziri Nikola Belloubet ona sığınacaq verməyə tərəfdar olduğunu deyib, ancaq bunun şəxsi fikri olduğunu vurğulayıb.

Bir çox insan haqları fəalları Snoudenə qəhrəman kimi baxsalar da, Birləşmiş Ştatlar onu casusluğa görə mühakimə etmək istəyir. (azadliq.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar