Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağ rayonunda “Bilik günü” qeyd edilib - Foto

“Bilik günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirildi...

Qaradağ Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri bu tərdbirlərdə iştirak etdilər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Faiq Rəfiyev adına 166 nömrəli tam orta məktəbində keçirilən “Bilik Günü” mərasimində iştirak etdi. Rayon rəhbərliyinin yaxından iştirak etdiyi tədbirdə məktəb müəllimlərinin, şagird heyətinin, valideynlərin və birincilərin sevinci hədsiz idi.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov məktəb kollektivi qarşısında çıxış edərək, yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, onlara gələcək tədris illərində uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzuladı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğuladı. Təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksəksəviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub. Beləliklə, Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır.

Qeyd edildi ki, 2018-2019-cu tədris ilində Qaradağ rayonu üzrə orta məktəbi 1218 nəfər şagird bitirmiş, 3397 nəfər isə birinci sinifə qeydiyyatdan keçmişdir. Məzunlardan ali təhsil ocaqlarına sənəd verən 929 nəfərdən 585-i ali məktəblərə qəbul olmuşdur. Bu da sənəd verənlərin 63 faizini təşkil edir. Rayon üzrə 18 nəfər məzun 600-dən yuxarı bal toplayıb.

Məktəbin direktoru Şəmsi Qocayev çıxış edərək bildirdi ki, təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir. Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir.

Ş.Qocayev qeyd etdi ki, 166 saylı tam orta məktəbdən məzun olmuş 59 nəfər şagirddən 37 nəfəri “tələbə” adını qazanmış, onlardan 3 nəfər məzun 600 baldan yuxarı nəticə göstərmişdir.

Daha sonra Milli Qəhrəman Faiq Rəfiyevin həyat yoldaşı Rəhilə Rəfiyeva çıxış edərək pedaqoji kollektivi, şagirdləri və valideynləri bilik günü ilə əlaqədar təbrik edib, nəvəsi Maya Həsənlinin də sıralarında olduğu birincilərə uğurlar dilədi.

“İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar