Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadi azadlıq indeksinə görə Azərbaycan Fransanı qabaqlayır... - Reallıq nədir?

ABŞ-ın “Miras” Fondunun hesabatına görə iqtisadi azadlıq indeksinə görə Azərbaycan Macarıstan, Slovakiya və Fransa kimi Avropa ölkələrini qabaqlayır...

İqtisadçı-ekspert: “Onlar düşünürlər ki, Azərbaycan biznes üçün daha sərfəli olan infrastruktur layihələr reallaşdırıb və reallaşdırır”.

“Reallıqda Azərbaycanda vəziyyət fərqlidir. Biz bilirik ki, ölkədə infilyasiyanın səviyyəsi müəyyən qədər indi azaldılır, ölkəyə gələn xarici sərmayələr azalır, işsizliyin səviyyəsi göstərilən rəqəmlərdən yüksəkdir, faktiki olaraq iqtisadi artım demək olar ki, baş verməyib, bizim ÜDM düzgün hesablanmır, kənd təsərrüfatında problemlər var və s .”.

Bu sözləri iqtisadiçı-ekspert Toğrul Maşallı ABŞ-ın “Miras” Fonduna görə 2019-cu ildə dünyada iqtisadi azadlıq indeksinə görə Azərbaycanın Türkiyə, Slovakiya, Macarıstan, Fransa kimi ölkələri qabaqlamasını PİA.az-a şərh edərkn qeyd edib.

ABŞ-ın “Miras” Fondunun (Heritage Foundation) 2019-cu ildə dünyada iqtisadi azadlıq indeksinə görə Azərbaycan Türkiyə, Slovakiya, Macarıstan, Fransa kimi ölkələri qabaqlayaraq 60-cı yerdə qərarlaşıb. Bu böyük uğuru rəğmən Azərbaycan yaxın qonşularımız Gürcüstan və Ermənistandan şox-çox dala qalır. Belə ki, hesabatda Gürcüstan 16-cı, Ermənistan isə 47-ci pillədə görünür. Maraqlıdır ki, Gürcüstan Almaniya və Finlandiya, İsveç və Norveç kimi ölkləri qabaqlamaqdadır. Azərbaycanın isə Fransa, Türkiyə Macarıstan kimi ölkələrin önünə keçib.

Həmin hesabatla bu LİNKdən tanış olun.

Tamamilə məmur biznesindən ibarət olan Azərbaycan iqtisadiyyatı yuxarıda adı çəkilən ölkələri necə qabaqlaya bilib? Fransa hansı əmsalı ilə Azərbaycandan daha qeyri-azad indeksə sahibdir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Toğrul Maşallıya müraciət edib.

Toğrul Maşallı: “Biz deməməliyik ki, Fransadan öndəyik. Fransada öndə olmağımız da yalnız iki göstərici hesabına olub”.

Bu reytinqin ölkələrin statistik rəqəmləri əsasında tərtib olunduğunu xatırladan iqtisadçı-ekspert bildirib ki, bu indeksdə əsasən dövlətin iqtisadiyyatda oynadığı rol əsas götürülür. Məsələn Fransada dövlətin iqtisadiyyata xəcləri həddindən artıq aşağıdır. Amma Azərbaycanda dövlətin iqtisadiyyatda qoyduğu sərmayələrin payı yüksəkdir. Bu isə Azərbaycanın önə çıxmasına səbəb olub:

“Bu reytinqdə bir sıra göstəricilər var. Bunlar dövlət, hüquq, tənzimləmə və bazarla bağlıdır. Əlbəttə ki, bazar cəhətdən hər bir halda Fransa Azərbaycandan üstündür. Reytinqə görə Fransada satış, sərmayə, maliyyə azadlığı daha yüksəkdir.

Məlumdur ki, bu reytinq statistik rəqəmləri əsasında tərtib olunub. Bu indeksdə əsasən dövlətin iqtisadiyyatda oynadığı rol əsas götürülü. Məsələn Fransada dövlətin iqtisadiyyata xəcləri hədindən artıq aşağıdır. Amma Azərbaycanda dövlətin iqtisadiyyatda qoyduğu sərmayələrin payı yüksəkdir.

Eyni zamanda burada göstərilib ki, Azərbaycanda maliyyə sağlamlığı cəhətdən, yəni dövlət büdcəsi xərcləri və s. baxımdan Fransadan daha yaxşı olduğu göstərilir. Fransada bu proses bir neçə mürəkkəb struktura malikdir və buna görə də hesabatda Fransaya bu cür yanaşılıb.

Reytinq tərtibatçıları bildiriblər ki, Azərbaycanda son illər mülkiyyət hüquqi ilə bağlı bəzi dəyişikliklər baş verib. Yəni effektivlik və s. artıb. Eyni zamanda da dövlət iqtisadiyyata inteqrasiyasını artırıb. Bu zaman ekspertlər Azərbaycanda publik hüquqi şəxslərin yaranmasını, dövlətin müxtəlif şirkətlərinin iqtisadi proseslərdə aktiv iştirak etdiklərini nəzərdə tutublar. Həmçinin onlar düşünürlər ki, Azərbaycan biznes üçün daha sərfəli olan infrastruktur layihələr reallaşdırıb və reallaşdırır.

Toğrul Maşallı: “Onlar Azərbaycanda publik hüquqi şəxslərin yaranmasını, dövlətin müxtəlif şirkətlərinin iqtisadi proseslərdə aktiv iştirak etdiklərin nəzərdə tutublar”.

Fransada dəyişikliklər baş vermədiyinə görə tərtib edilən reytinqdə Fransa Azərbaycandan geridə qalıb. Amma bir daha qeyd edim ki, nəzərə almaq lazımdır ki, bu reytinq rəqəmlər əsasında tərtib edilib. Rəqəmlərin müəyyən bir nisbəti yaxşı göstərici verə bilər. Məsələn bizdə rəsmən aşağı səviyyədə işsizlik, infilyasiyanın çox yüksək olmaması rəqəmlərlə göstərilir və bu rəqəmlərə görə Azərbaycana yüksək yer verilir.

Amma reallıqda Azərbaycanda vəziyyət fərqlidir. Biz bilirik ki, ölkədə infilyasiyanın səviyyəsi müəyyən qədər azaldılır, ölkəyə gələn xarici sərmayələr azalır, işsizliyin səviyyəsi göstərilən rəqəmlərdən yüksəkdir, faktiki olaraq iqtisadi artım demək olar ki, baş verməyib, bizim ÜDM düzgün hesablanmır, kənd təsərrüfatında problemlər var və s . Hətta ölkədə aparılan vergi dəyişikliklərinin də müəyyən neqativ effektivləri var.

Reytinqlərdə də bunlar nəzərə alınmalıdır. Biz deməməliyik ki, Fransadan öndəyik. Fransada öndə olmağımız da yalnız iki göstərici hesabına olub”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar