Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir ödənişli təhsilin ləğvi haqda suala belə cavab verdi - Video

Bir müddətdir ki, Azərbaycanda dövlət ali məktəblərində ödənişli təhsilin ləğv olunması haqda təşəbbüslər irəli sürülür...

Təhsil Naziri Ceyhun Bayramov dövlət ali məktəblərində ödənişli təhsilin ləğv olunmasının mümkün olub-olmaması haqda suala cavab verib. Amma cavabda nazir yalnız ali təhsillə bağlı ümumi olaraq danışıb və qeyd olunan təşəbbüs haqda heç nə deməyib:

“Ödənişli təhsillə bağlı Azərbaycan dövlətinin prioriteti ondan ibarətdir ki, təhsilin bütün pillələrində təhsilin imkanlarını genişləndirsin.

Bu istiqamətdə sistemli işlər görülür. Mən yalnız 2019-cu ildə bu istiqamətdə atılan addımlar barədə məlumat verə bilərəm.

Dövlət ali məktəblərində dövlət hesabına və ödənişli təhsil alan tələbələr var. Dövlət hesabına oxuyanlar yüksək akademik nəticələr əldə etmiş şagirdlərdir ki, dövlət sifarişi ilə oxuyurlar.

Eyni zamanda bir qrup vətəndaşlar var ki, onların da övladları akademik naliyyətlərindən asılı olmayaraq dövlət hesabına oxuyur. Bu şəhid ailələrinin, valideyn himayəsindən məhrum olmuş, birinci və ikinci qrup əlilliyi olan şəxslərdir ki, onlar dövlət hesabına oxuyurlar. Dövlət sifarişi ilə bağlı onu deyə bilərəm ki, ötən illə müqayisədə yerlərin sayı 66 faiz artırılıb”.

Nazir bu il 20 min 500 tələbənin dövlət sifarişi əsasında təhsil aldığını vurğulayıb.

pia.az


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar