Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəzet və jurnallarla bağlı inanılmaz məlumat: İl ərzində cəmi 100 manat...

Ötən il Azərbaycanda kütləvi informasiya vasitələrində (KİV) yayımlanan reklamlardan 7 milyon 747,2 min manat gəlir əldə olunub...

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əldə olunan gəlirlərin cəmi 0,001%-i və ya 100 manatı qəzet və jurnalların payına düşüb. Son bir ildə, yəni 2017-ci illə müqayisədə qəzet və jurnallarda yayımlanan reklamlardan əldə olunan gəlir 446 dəfə, 3 il əvvəl ilə müqayisədə isə nə az, nə çox, düz 14 min 87 dəfə azalıb.
Bu cür kəskin azalma təkcə qəzet və jurnallarda qeydə alınmayıb. Digər KİV-lərdə də azalma müşahidə olunub.

2015-ci illə müqayisədə 2018-ci ildə televizyalarda yayımlanan reklamlardan əldə olunan gəlirlər 2,9 dəfə azalaraq 19,8 milyon manatdan 6,9 milyon manata düşüb.

Eyni dövürdə radiolarda yayımlanan reklamlardan əldə olunan gəlirlər 8,6 dəfə azalaraq 3,1 milyon manatdan 360,2 min manata, internet resurslarda (saytlar) yayımlanan reklamlardan əldə olunan gəlirlər isə 3,3 dəfə azalaraq 1,6 milyon manatdan 474,5 min manata qədər enib.

Onuda bildirk ki, gəlirlərin azalması təkcə KİV reklamlarında deyil, digər sahələrdə də qeydə alınıb. Son 3 ildə reklam yayımlanmasından əldə olunan gəlir 38,7% və ya 12 milyon 780,7 manat azalaraq ötən il 20 milyon 264,2 min manat səviyyəsinə düşüb. Artım yalnız küçə və yol ətrafı zonalarda yayımlanan reklamlarda müşahidə olunub.

Qəzet və jurnallar il ərzində reklamdan cəmi 50 qəpik qazanıblar...

Azərbaycan Mətbuat Şurası məlumat verir ki, indiyə kimi bu təşkilata 34 gündəlik, 79 həftəlik və aylıq, 37 bölgə qəzeti, həmçinin 50 jurnal üzv olub. Bu o deməkdir ki, Mətbuat Şurasında təmsil olunan 200 qəzet və jurnal var. Bütün qəzet və jurnalların reklam yayımından il ərzində 100 manat gəlir əldə etdiyini nəzərə alsaq, hər birinin illik reklam gəliri orta hesabla 50 qəpik olacaq.

Reklam yayımından əldə olunan gəlirlər niyə azalır?

Reklam yayımından əldə olunan gəlirlərin azalmasında əsas səbəb, heç şübhəsiz ki, sosial şəbəkələrdən istifadənin artmasıdır. Reklamverənlər böyük istifadəçi kütləsi olan sosial şəbəkələrdə açdıqları səhifələrdə reklam yerləşdirməyə daha çox üstünlük verirlər. Bu zaman həmin reklam məhsulu üçün heç kimə ödəniş etmirlər. Məsələn, 3 il əvvəl daşınmaz əmlakla bağlı 122 reklam müqaviləsi bağlanılıb. Lakin, ötən il daşınmaz əmlakla bağlı cəmi 9 reklam müqaviləsi imzalanıb. Bu isə o deməkdir k, artıq daşınmaz əmlak şirkətlərinin böyük əksəryyəti öz məhsul və xidmətlərini sosial şəbəkələrdəki səhifələri vasitəsilə təqdim etməyə üstünlük verirlər, nəinki KİV-lər vasitəsilə.

Türkiyə və Azərbaycan: Reklam gəlirləri arasında uçurum

Azərbaycanda KİV-lərin reklamdan əldə etdiyi gəlirin nə qədər az olduğunu daha aydın başa düşmək üçün qonşu Türkiyə ilə müqayisə etmək olar. Qeyd etdiyimiz kimi, ötən il Azərbaycanda qəzet və jurnalların reklam yayımından əldə etdiyi gəlir 100 manat və ya ötən ilki orta məzənnə (1 dollar=1,7 manat) ilə hesablandığında 59 dollar olub. Halbuki ötən il Türkiyədə qəzet və jurnalların reklam yayımından əldə etdiyi gəlir 780 milyon lirə və ya ötən ilki orta məzənnə (1 dollar=4,8 lirə) ilə hesablandığında 162,5 milyon dollar olub. Ötən ilin sonuna olan məlumata görə Azərbaycan əhalisinin 9 milyon 981,5 min nəfər, Türkiyə əhalisinin isə 82 milyon nəfər olduğunu nəzərə alsaq, o zaman Azərbaycanda qəzet və jurnalların reklam yayımından əldə etdiyi gəlirlər adambaşına 0,0000059 dollar, Türkiyədə isə 2 dollar olacaq. Göründüyü kimi Türkiyədə qəzet və jurnalların reklam yayımından əldə etdiyi gəlirlər Azərbaycanla müqayisədə 339 min dəfə çox olub.

Aşağıdakı cədvəldə digər KİV-lər üzrə də fərqin nə qədər böyük olduğu açıq şəkildə görünməkdədir:

Qəzet və jurnallarda reklam yerləşdirməyin bəzi üstünlüklər...

Açıqlanan rəqəmlərdən də göründüyü kimi Azərbaycanda reklamlar əsasən televiziya kanallarında yayımlanır və çap mediası - qəzetlər və jurnallar isə ümumiyyətlə diqqətdən kənarda qalır. Türkiyə nümunəsində gördüyümüz kimi başqa ölkələrdə televiziya kanallarından sonra çap mediası - qəzetlər və jurnallar ən çox reklam yerləşdirilən informasiya daşıyıcısı hesab olunur. Əksər ölkələrdə qəzet və jurnalların tirajları aşağı olsa belə reklamverənlər çap mediasında reklam yerləşdirməyi daha əlverişli hesab edirlər. Bunun əsas səbəblərindən biri odur ki, inkişaf etmiş ölkələrdə reklamverənlər qəzet və jurnallarda reklam yerləşdirərəkən yalnız onun tirajına əsas götürmürlər. Onlar çap mediasında reklam yerləşdirməyin hansı üstünlüklərinin ola biləcəyini yaxşı bilirlər.

Qəzet və jurnallarda reklam yerləşdirməyin bəzi üstünlüklərini belə izah eləmək olar:

Reklamverən televiziyada yayınlanan reklamın tamaşaçı tərəfindən izləndiyinə və nə qədər izləndiyinə təminat ala bilərmi? Nəzərə alsaq ki, tamaşaçıların böyük əksəriyyəti kanalları dəyişmək üçün barmaqlarını pultun üzərində hazır vəziyyətdə saxlayırlar, o zaman reklamverənlərin belə bir təminat ala bilməsi çox çətindir. Yəqin ki, hər kəs razılaşar ki, bu sahədə ən yaxşı vəziyyət qəzet və jurnallardadır. Oxucu tamaşaçıdan fərqli olaraq qəzeti pul ilə əldə edir. 50 qəpik verib sonra onu oxumadan bir kənara atan oxucuların sayı yəqin ki, çox olmaz.

Qəzet və jurnalların əsas üstünlüyündən biri də odur ki, onlar digər reklam vasitələrindən daha çox qalıcıdır. Əgər tamaşaçı gözlərini bir-neçə saniyəliyinə ekrandan ayırsa, nəticədə bu reklamverən üçün ciddi maddi itki hesab olunmalıdır. Çünki reklamverən tamaşaçı izləsin deyə, reklam materialının yayınlandığı hər saniyə üçün pul ödəyir. Çap mediasında isə belə bir təhlükə ən aşağı səviyyədə olur.

Tamaşaçıdan fərqli olaraq oxucu gözlərini qəzet səhifəsindən bir neçə saatlığına ayırsa belə, bu reklamverən üçün maddi itki olmayacaq. Reklamverənin bir reklam üçün cəmi bir dəfə ödəniş edir və bu reklamın gün ərzində dəfələrlə izlənmə ehtimalı var.

Televiziya tamaşaçısından fərqli olaraq, qəzet və jurnal oxucularının kimliyini daha dəqiq bilmək mümkündür. Bu isə reklamverənə hədəf kütləsini dəqiq müəyyən etməyə kömək edir. Xüsusilə abunə yolu ilə yayılan qəzetlər reklamverən üçün daha dəqiq hədəf kütləsi deməkdir. Belə vəziyyətdə reklamverən dəqiq bilir ki, bu gün onun reklamını neçə nazir, müəllim, həkim və ya digər peşə sahibi görəcək.

Televiziya reklamlarından fərqli olaraq qəzet reklamlarının hazırlanması daha ucuz başa gəlir və bu reklamların üzərində istənilən dəyişikliyi etmək, onu istənilən forma və məzmuna salmaq daha asan olur.

Qəzet və jurnalların oxucusu istəməsə belə xəbərin yanında yerləşdirilən reklamı görməyə məcburdur. Televiziya tamaşaçısından fərqli olaraq qəzet oxucusunun əlində pult olmur. Oxucunun səhifədəki reklamı görməməsi üçün həmin səhifədəki digər yazıları da oxumaması lazımdır. Qeyd etdiyimiz kimi, digər reklam vasitələrdən fərqli olaraq yalnız qəzet və jurnallar pulla alındığı üçün xəbərlərin oxunmama ehtimalı çox az olacaq.

- Qəzet və jurnal qalıcı olmaqla bərabər həm də asanlıqla daşına və paylaşıla bilir. Unutmaq lazım deyil ki, qəzetdəki reklamı yalnız qəzeti pulla alan 10 min insan görmür. Qəzet 10 min ailəyə daxil olursa bu ən azı 30-40 min oxucu deməkdir. Otellərdə, ofislərdə və digər ictimai yerlərdə stolların üzərinə qoyulan qəzet və jurnalları nə qədər adam oxuyur? Metroda oxucunun əlindəki qəzetə və eyni zamanda da üzərindəki reklama neçə nəfər nəzər salır? Qəzet və jurnalları heç kim oxuyub zibil yeşiyinə atmır. Hər hansı bir əşyanı bükmək üçün qəzet və jurnallar əvəzsiz vasitədir. Yəni, qəzet və jurnallar tam yarasız hala düşənə kimi daima insanların əlində olur.

pia.az


Etiket: qəzet jurnal


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar