Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müəllim peşəsi ən rəqabətli və böyük maraq doğuran peşəyə çevrilib”

Bu gün Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin açılış mərasimi keçirilib...

Açılış mərasimində təhsil naziri Ceyhun Bayramov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, təhsil ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak edib.

Təhsil naziri Ceyhun Bayramov çıxışında “Bilik Günü” və məktəbin açılışı münasibətilə təhsil işçilərini, şagird və valideynləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.

Nazir bildirib ki, son illər dövlət investisiya rroqramları və ölkə Prezidentinin sərəncamları ilə ölkədə çoxlu sayda yeni məktəblər tikilib və ya əsaslı təmir olunub. Təkcə bu dərs ilində ölkədə 84 yeni məktəb tikilib. Yeni dərs ili münasibəti ilə onlardan 43 məktəbin açılışı keçirilib. Qalan 41 məktəb isə ilin sonunadək təhvil veriləcək.

C.Bayramov qeyd edib ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil şəraitini yüksəldir: “Görülən tədbirlər nəticəsində müəllim peşəsi ən rəqabətli və böyük maraq doğuran peşəyə çevrilib. Bu ilki qəbul kampaniyasının nəticələrinə əsasən, 500 baldan yüksək bal toplayan hər 4 nəfərdən biri birinci müəllim peşəsini seçib, bu, Azərbaycan təhsilinin gələcəyinə böyük ümidlə baxmağa imkan verir”.

Nazir daha sonra yeni məktəbdə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, 960 yerli orta məktəb binasının tikintisinə ötən ilin dekabr ayında başlanılıb. Üçmərtəbəli təhsil ocağında 40 sinif, 6 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və komrüter otaqları, idman, akt, oxu zalları, kitabxana və 234 yerlik yeməkxana var. (apa)

pia.az


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar