Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə qapıda: “Saudi Aramco”ya hücumu İran həyata keçirib?..

Politoloq: “Hücumun təşkilini Yəməndəki Husilər öz üzərinə götürüblər. Hesab edirəm ki, bu izləri itirmək üçündür”

İran bununla göstərmək istəyir ki, o istənilən an istənilən obyektdə ABŞ-ın vacib müttəfiqlərini vura bilər. “Saudi Aramco”nun göstərici də bunun bariz nümunəsidir”.

Bu söləri politoloq Nəzakət Məmmədova “Saudi Aramco” şirkətinə məxsus neftayırma zavodlarına olunan hücumları PİA.az- şərh edəkən qeyd edib.

Xəbər verdiyimiz kimi sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma oldu və bu hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürdü.

Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının artıq lokallaşdırıldığını açıqlayıb. Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub. fut həcmində azaldıb.

Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo isə bəyan edib ki, “Saudi Aramco” şirkətinə məxsus neftayırma zavodlarına hücum İranın işidir. Pompeo hücuma görə məsuliyyəti üzərinə götürən “Ənsar Allah” qruplaşmasının bəyanatını şübhə altına alıb. Dünən isə ABŞ prezidenti Donald Tramp da neft bazasına hücumun İran tərəfindən həyata keçirilməsinə işarə vurub. Tramp Səudiyyə Ərəbistanın qərarını gözlədiklərini və Ər-Riyadın verəcəyi qərara görə davranacaqlarını qeyd edib.

Məlumdur ki, Səudiyyə Ərəbistanı ilə İran uzun illərdir ki, müharibə ehtimalı şəraitindədirlər. Pompeo kimi ABŞ-ın ən üst səviyyədə bir məmurunun bu tipli açıqlamaları nəyə hesablanıb? Bu bəyanatı ənənəvi anti-İran ritorikası kimi dəyərləndirmək olar, yoxsa ABŞ Səudiyyə Ərəbistanı vasitəsilə İranı bir problem olaraq ortadan qaldırmağa çalışır? Həmşinin hər hansı bir ehtimalda İran Səudiyyə müharibəsi bölgədəki Yaxın Şərqdəki həssas dini duruma necə təsir edə bilər və strateji anlamda bu müharibədən ən çox qazanan tərəf hansı ölkələr ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “İran Səudiyyə ərazisində olan strateji obyektləri vurur. Səudiyyə üçün ən vacib obyektlərdən biri də neft şirkətidir. Bu isə müharibə elanı anlamına gəlir”.

Yaxın Şərqdə alovlanmaqda olan müharibədən heç kəsin qazanmayacağını proqnoz edən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, hazırda sadəcə olaraq tərəflər bir-birlərinə nümayişkəranə şəkildə güc nümayiş etdirilər. Nəzakət Məmmədova hesab edir ki, ola bilsin ki, bu insidentdən sonra ABŞSəudiyyə Ərəbistanı İrana qarşı hansısa sərt addımlar atacaqlar:

“Məlumdur ki, Səudiyyə Ərəbistanı dünya neft bazarına ən çox neft çıxaran ölkələrdən biridir. Bu ölkənin ən böyük şirkəti “Saudi Aramco”dur və bu şirkət neftayırma sahəsində dünya liderlərindən hesab olunur. Hücumlar nəticəsində “Saudi Aramco”nun ixrac məhsulları 5 faiz azalıb. ABŞ isə iddia edir ki, bu hücumlar Yəmən tərəfdən olmayıb. Halbu ki, hücumun təşkilini Yəməndəki husilər öz üzərinə götürüblər. Hesab edirəm ki, husilərin bu bəyanatı izləri itirmək üçündür. Çünki hücumların Yəməndən yox İraqın cənubundanhəyata keçirildiyi ehtimal olunur. Orada isə İranın hərbi və siyasi mövqeləri çox güclüdür.

Təbii ki, İran bununla ABŞSəudiyyə Ərəbistanına xəbərdarlıq edir. Mən bir müddət öncə demişdim ki, ABŞ-la İran arasında birbaşa müharibə olmayacaq. Amma üçüncü ölkələrin ərazisində mütləq qarşıdırma olacaq. Bu gün baş verənləri də gözlənilən müharibənin xəbərdarlığı kimi dəyərləndirmək olar. Yəni İran Səudiyyə ərazisində olan strateji obyektləri vurur. Səudiyyə üçün ən vacib obyektlərdən biri də neft şirkətidir. Bu isə müharibə elanı anlamına gəlir.

Nəzakət Məmmədova: “İran bununla göstərmək istəyir ki, o istənilən an istənilən obyektdə ABŞ-ın vacib müttəfiqlərini vura bilər. “Saudi Aramco”nun göstərici də bunun bariz nümunəsidir”.

Bu hücumun bir çox problemli cəhətləri olacaq. ABŞ-İran, Səudiyyə-İran münasibətləri gərginləşəcək. O cümlədən dünyada neft qiymətlərində stabillik pozulub. İran bununla göstərmək istəyir ki, o istənilən an istənilən obyektdə ABŞ-ın vacib müttəfiqlərini vura bilər. “Saudi Aramco”ya edilən hücum buna bariz nümunədir.

Eyni zamanda İran göstərmək istədi ki, Səudiyyə Ərəbistanı dünya bazarına neft çıxarmaqda etibarlı tərəfdaş deyil. Yəni Səudiyyənin obyektləri yaxşı qorunmur. İstənilən hücumla, hətta dron hücumları ilə də Səudiyyə neft obyektləri sıradan çıxarıla bilər. İran ABŞ-a, Səudiyyə Ərəbistanına və onların müttəfiqlərinə xəbərdarlıq etdi ki, dünya bazarında ən etibarlı tərəfdaş elə İranın özüdür.

Onu da qeyd edim ki, bu müharibədən heç kəs qazanmayacaq. Sadəcə olaraq tərəflər bir-birlərinə güc nümayiş etdirilər ki, biz bunu bacarırıq. Ola bilər ki, ABŞSəudiyyə Ərəbistanı İrana qarşı hansısa sərt addımlar atacaqlar. Məsələn İran əraisində terror ola bilər və yaxud İrana yaxın ölkələr ABŞ və Səudiyyənin hədəfində ola bilərlər. Amma bütün hallarda ortada bir müharibə riski var”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar