Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran hədələnir, neft bahalaşır, görüş təxirə salınır...

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlərin hücumu bölgədə vəziyyəti yenidən gərginləşdirib...

İttihamlar havada uçuşur. Bu hücum dünyada və bölgədə hansı nəticələrə səbəb ola bilər?

Birincisi, Səudiyyə Ərəbistanı bu hücumu cavabsız qoymayacaq. Çünki hücumu Yəməndəki husilərin təşkil etdiyi aşkardır, bunu onların özləri də etiraf edirlər. Husilər hücumun arxasındakı səbəb kimi Səudiyyə Ərəbistanın Yəməni mütəmadi bombalamasını və bu zaman mülki insanların ölməsini göstərirlər. Səudiyyə Ərəbistanı isə bu hücumları ona görə təşkil edir ki, qonşuluğundakı dövlət İranla müttəfiq olan husilərin əlinə keçməsin. İki neft emalı zavoduna hücum Səudiyyə Ərəbistanının Yəmənə hücumlarını artıracaq. Buna cavab olaraq da İran husilərə dəstəyini artıracaq. Faktiki İranSəudiyyə Ərəbistanı Yəməndə bir-birləriylə savaşırlar. Neft emalı zavodlarının vurulması ilə bu savaş genişmiqyaslı həcm alacaq.

İkincisi, neft emalı zavodlarının vurulması ABŞ-da ciddi reaksiya doğurub. Vaşinqtonda şübhə etmirlər ki, hücumun arxasında İran dayanır. Tehran bu ittihamları rədd edir. Belə baxanda indiki zamanda İranın bölgədə gərginliyi artırmaqda marağı olmamalıdır. Çünki İran ABŞ-ın sanksiyalarından qurtulmaq istəyir. Belə olan halda yeni müharibə İranın maraqlarına niyə cavab verməlidir ki? Ancaq o da mümkündür ki, İrandakı İslam Keşikçiləri Korpusunun rəhbərliyi fərqli düşünür. Hər halda ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazdığı son statusda ABŞ-ın İrana vuracağını istisna etməyib. Bu vəziyyət bir neçə gündən sonra işinə başlayan BMT Baş Assambleyasında ABŞİran prezidentlərinin görüşü perspektivini heçə endirir. Halbuki, İran prezidenti Həsən Ruhani Nyu-Yorka getməyə hazırlaşır.

Üçüncüsü, neft emalı zavodlarına hücum dünyada neftin qiymətini qaldırıb və mütəxəssislərin hesablamalarına görə neftin bir barelinin qiyməti 100 dollara qədər arta bilər. Çünki son olay neft bazarında 5 faizin azalmasına səbəb olub və həmin iki neft emalı zavodunun tam gücüylə yenidən neft istehsalına başlaması həftələr ala bilər.

Əlbəttə, neftin qiymətinin qalxması Azərbaycanın gəlirlərini artıracaq. Ancaq siyasi mənada İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin daha da gərginləşməsi, üstəgəl Vaşinqtonda yenidən “İranı vura bilərik” təhdidlərinin səslənməsi Azərbaycanın geosiyasi maraqlarına cavab vermir. Çünki adı çəkilən dövlətlər Azərbaycanın tərəfdaşlarıdır və biz tərəfdaşlarımız arasında gərginliyin və ən pis halda müharibənin alovlanmasında maraqlı deyilik.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az


Etiket: İran neft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar