Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Osmanlının təhlükəyə qarşı tikdirdiyi Gəncə qalasını Çar Rusiyası eyni qorxudan dağıtdı - Foto

XVI əsrin memarlıq abidəsi olan Gəncə qalası tarixin bir çox hadisələrinə şahidlik edib

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 1588-ci ildə Gəncə yaxınlığında inşa edilən qala uzun illər şəhərin müdafiəsində böyük rol oynayıb.

Gəncə qalası ikiqat qala divarından ibarət olub. Qala divarları bir-birindən 70-80 metr aralıda yerləşib. Divarlardan kənarda yerləşən geniş bağlar və evlər isə yalnız çiy kərpicdən hörülmüş divarlarla müdafiə olunub.

Qalanın hündürlüyü 12 metr olub. Uzunluğu isə 14 km-ə çatıb. Günümüzə hissələri gəlib çatan qala planda qeyri-bərabər altıbucaqlı formasında olub. Qalanın içinə aparan iki yol onun şərq və qərb tərəflərində yerləşib.

Qaladan xaricə üç əsas yol çıxırdı ki, onlar da “İrəvan yolu”, “Şuşa yolu”, “Kür və ya Tiflis yolu” adlandırılıb. Qala divarının şimalından keçən yol isə həmin üç yolu birləşdib.

Hazırda qaladan səkkiz metr uzunluğa, üç metr enə sahib bir hissə qalıb.

Tarix elmləri doktoru, professor Həsənbala Sadıqov bildirir ki, əvvəl qala kiçik divarlardan ibarət olub. Osmanlı-Səfəvi müharibəsi dövründə Səfəvilərə aid bir sıra torpaqlar, o cümlədən, Gəncə ərazisini və Gəncəətrafı əraziləri Osmanlı dövləti işğal edib. Gələcəkdə gözlənilən təhlükəni nəzərə alaraq Osmanlının Qafqaz nümayəndəsi Fərhad paşa xırda divarları birləşdirərək möhtəşəm qala inşa edib.

Qala Şərq memarlığı üslubunda, bişmiş qırmızı Gəncə kərpicindən inşa edilib.

XIX əsrdə Çar Rusiyası gələcək təhlükələri nəzərə alaraq qalanı dağıdıb.

pia.az


Etiket: Gəncə qalası

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar