Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ" - "Neftçi" derbisinə doğru

Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq

PİA.az Offsideplus.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Keşlə” "Səbail”i qəbul edəcək. "ASK Arena”nın ot örtüyünün dəyişdirilməsi prosesi getdiyi üçün matç "Bakcell Arena”da olacaq. İlk 3 turdan 6 xal toplayan rəqiblər turnir cədvəlində qonşudurlar. "Keşlə” 3-cü, "Səbail” 4-cü sıradadı. Bu komandaların əvvəlki 8 çempionat qarşılaşmasından 3-də keşləlilər, 4-də isə "dənizçilər” qalib gəlib. "Səbail” son 4 görüşdə meydanı qolsuz tərk etməyib. "Keşlə” son 3 ev matçında qələbə qazanmayıb.

Turun son oyunu çempionluğa 2 əsas namizəd – "Qarabağ” və "Neftçi” arasında olacaq. Ötən mövsüm müvafiq olaraq, qızıl və gümüş medal qazanan komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcəklər. Azərbaycan derbisi saat 20.30-da başlayacaq.

Sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya”sını qəbul edəcək Ağdam təmsilçisi cari çempionata da inamlı başlayıb və 9 xalla vahid liderdi. "Ağ-qaralar” isə 4 xalla 5-ci yerdədilər.

Milli çempionatların daimi iştirakçısı olan "Qarabağ” və "Neftçi” indiyədək 76 dəfə görüşüblər. Bunlardan 28-də ağdamlılar, 20-də isə bakılılar 3 xal əldə ediblər. "Neftçi” 5, "Qarabağ” 4 oyundur meydanı qolsuz tərk etməyib. Ağdam klubu son 3 ev oyununda qalib gəlməyib.

Qeyd edək ki, ilk oyun günündə qonaqlar qalib gəlib. "Zirə" "Sumqayıt"ı 2:1, "Qəbələ" isə "Sabah"ı 1:0 hesabı ilə üstələyib.

Premyer Liqa
20019/20 mövsümü
I dövrə, IV tur

15 sentyabr
18.00 Keşlə - Səbail
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
"Bakcell Arena”.

20.30 Qarabağ - Neftçi
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tofiq Bəhramov adına Respublika Stadionu.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar