Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Ələkbərovun şəhərə gəlişinə görə şam ağaclarını və otları rənglədilər - Foto, Video

Bu barədə videokadrlar sosial şəbəkələrdə yayılıb

Rusiyanın Koqalım şəhərində Yuqra vilayətinin qubernatoru Natalya Komarovanın, vilayətin idman naziri Pavel Kolobkovun və “Lukoil” prezidenti Vahid Ələkbərovun gəlişi münasibəti ilə şam ağaclarını və otları yaşıl rəngləyiblər.  

Kadrlara əsasən “Lukoil-Qərbi Sibir” MMC-nin sosial obyektlər İdarəsinin formasını geyinmiş kommunal işçilər otları yaşıl boya ilə boyayır. Bu video sosial şəbəkələrdə hələ sentyabrın 8-də yayılıb, amma yerli sakinlər günlərdir şəhərdə “Potyemkin kəndi”nin tikintisini müzakirə edir.

“Görəsən səmanı bir da mavi eləmək və Günəşə daha da saraltmaq olardı? Axı bunlarsız şam ağaclarını rəngləmək yarımçarədir, tam harmoniya əldə etməyə imkan vermir”,-Yuri Malimon adlı istifadəçi ironiya ilə yazır.

“Şəhər hələ bu cür alçalmamışdı”,-Mariya Hilman adlı digər istifadəçi bildirir.

Yerli saytlar məsələ ilə əlaqəli Koqalım meriyasına müraciət ediblər. Meriyadan deyiblər ki, şam ağaclarını şəhər administrasiyasının podratçısı rəngləyib, amma şirkətin adını deməkdən imtina ediblər. Habelə ağacları və otları konkret hansı tərkibli maddə ilə rənglədiklərini izah etməyiblər.

“Biz hələ onun tərkibini araşdırmamışıq”,-meriyanın mətbuat katibi Dəmir Mehdiyev deyib.

Meriyanın yazılı cavabında isə ağacların və otların rənglənmədiyini, podratçı şirkət tərəfindən diblərinə qidalandırıcı gübrə verildiyini bildiriblər. “Məlumata görə həmin gün podratçı şirkət ağacları və kolları zəruri minerallarla və qidalandırıcı maddələrlə qidalandırıblar. Bu zaman püskürmədən istifadə edilib, çünki püskürmə yolu ilə gübrələr daha tez bitkiyə hopur”,-açıqlamada deyilir.

Lakin sosial şəbəkə istifadəçiləri bu açıqlamaya şübhə edir, onlar yazırlar ki, rəngləmə, yaxud püskürtmə ilə məşğul olanlar bitkilər üzrə mütəxəssislər deyildi. “Lukoil” şirkətinin rəngsazlıq-rəngləmə işlərini görən işçiləri idi. (Virtualaz.org )

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar