Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfir: "Bakının azad edilməsi bütün Türk dünyası üçün əlamətdar hadisə idi" 

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral söyləyib

"Bakının azad edilməsi bütün Türk dünyası üçün əlamətdar hadisə idi".

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral 15 sentyabr 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad edən zaman şəhid olan türk əsgərlərinin abidəsini ziyarət edərkən deyib.

"Bakının azad edilməsi ilə Azərbaycanın müstəqilliyinə yol açıldı. Bu, bütün türk dünyası, gələcəyi üçün əlamətdar bir hadisə idi. Beləliklə, Bakının azad olunması həmçinin Azərbaycanın indiki sərhədləri daxilində müstəqillik əldə etməsində böyük rol oynadı. Əlbəttə ki, bu hadisə təkcə Azərbaycan-Türkiyə münasibətləri baxımından deyil, həm də dünya tarixi üçün önəmlidir. Bu, Azərbaycan və Anadolu türklərinin qardaşlığının bariz nümunəsi idi", - deyə səfir söyləyib.

Diplomatın sözlərinə görə, Birinci Dünya müharibəsinin bitməsindən sonra Osmanlı İmperiyası son günlərini yaşamasına baxmayaraq, ən yaxşı əsgərlərini Azərbaycana köməyə göndərdi.

"Bu gün Azərbaycan və Türkiyə bir-birini dəstəkləyən və gücləndirən iki ölkədir. Bildiyiniz kimi, Azərbaycan Türkiyənin ən böyük investorudur. Eyni zamanda, Türkiyənin Azərbaycanda çoxlu sayda şirkət açan ən böyük sərmayədarlardan biridir. Bu, birliyimizin və yaxınlığımızın bir nümunəsidir ", - deyə E.Ozoral bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar