Çərşənbə, 23 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Fanatlar Neymarı ağır sözlərlə təhqir etdilər - Cavabı qələbə qolu oldu

PSJ-nin hücumçusu Neymar dünən komandası PSJ ilə 2019/20 mövsümündə ilk matçına çıxıb

PİA.az Qol.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu "Strasburq"la 5-ci turun matçında (1:0) komandasının yeganə qolunun müəllifi olub. O, 90+2 dəqiqədə fərqlənib.

Qeyd edək ki, bütün matç boyu PSJ fanatları Neymara psixoloji təzyiq ediblər, onunla bağlı təhqirlər səsləndiriblər. Buna isə bu yay onun yenidən "Barselona"ya qayıtmaq istəməsi səbəb olub. PSJ - "Strusburq" görüşündə "Messi ilə görüşün qiyməti 20 milyondur? Fahişələrə Parisdə yer yoxdur", "Ata Neymar oğlunu Villa Mimozada (Rioda fahişələrin toplaşdığı küçə - red) satacaq" kimi təhqiramiz pankartlar açıblar. Bütun bunlara baxmayaraq, Neymar matçın ən yaxşı oyunçularından olub.

Görüşdən sonra jurnalistlərə açıqlamasında Neymarı fanatların etirazını başa düşdüyünü, təhqiramiz şüarların isə yolverilməz olduğunu söyləyib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Neymar

Şərh yazın.

loading...

Ən çox oxunanalar