Bosniya və Hersoqoviya millisinin baş məşqçisi Robert Prosineçki növbəti dəfə "Qarabağ"ın yeni transferi Asmir Beqoviç barədə danışıb
PİA.az Qol.az-a istinadən xəbər verir ki, o, "Əl-Cəzirə Balkanlar"a verdiyi müsahibədə Ağdam klubunun qapıçısının yenidən milliyə dəvət alımasının mümkünlüyü haqda sualı da cavablandırıb. Xorvat məşqçi deyib:
"Beqoviç son dörd ayda heç yerdə oynamayıb. İndi o, "Qarabağ"a keçib. Əgər o, daim oynayıb hazır olsa, milliyə çağırılacaq".
pia.az