Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ələt azad iqtisadi zonası Polşa-Azərbaycan ticarət əlaqələrinin inkişafına xidmət edəcək" - Nazir müavini

Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılması Polşa ilə Azərbaycan arasında ikitərəfli ticarətin inkişafına xidmət edəcək

Bunu Trend-ə müsahibəsində Polşa xarici işlər nazirinin müavini Martsin Pşidaç deyib.

O bildirib ki, Bakı limanının inkişafı ilə bağlı Azərbaycanın planları ikitərəfli əməkdaşlıq üçün çox perspektivli görünür. O əlavə edib ki, Azərbaycan regionda nəqliyyat qovşağına çevriləcək.

M.Pşidaç qeyd edib ki, iki ölkə arasındakı əməkdaşlığın potensial yeni sahələri arasına kənd təsərrüfatı sektorunda, xüsusilə də qida məhsulları və maşınlar sahəsində əməkdaşlıq daxildir:

"Kənd təsərrüfatı sektorunun Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində vacibliyini nəzərə alaraq, biz yaxın həftələrdə Polşada keçiriləcək beynəlxalq kənd təsərrüfatı məhsulları sərgilərində iştirak üçün dəvətlər göndərmişik.

Biz artıq Bakıda Polşanın ticarət ofisini açmışıq. 2018-ci ilin dekabrında isə iqtisadiyyat nazirləri Varşavanın mərkəzində Azərbaycan Ticarət evinin açılışında iştirak etmişdi. Mən inanıram ki, hər iki ofis ikitərəfli ticarət və investisiyaların artımını təşviq edəcək".

​Nazir müavininin sözlərinə görə, iqtisadi əməkdaşlıq üzrə Polşa-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək:

"İclas böyük ehtimalla bu ilin sonunda və ya gələn ilin birinci yarısında Bakıda keçiriləcək. Nazirlərin bu vacib görüşünü ikitərəfli biznes forum və şirkət nümayəndələrinin işgüzar görüşləri müşayiət edə bilər".

pia.az


Etiket: iqtisadi zona

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar